“Yataqxanaya ümumi bir sayğacın qoyulması səhvdir” – MİNGƏÇEVİRDƏN ŞİKAYƏT

“Yataqxanaya ümumi bir sayğacın qoyulması səhvdir” – MİNGƏÇEVİRDƏN ŞİKAYƏT

Yataqxanaların problemi paytaxt Bakıda olduğu kimi, ölkənin digər şəhər və rayonlarında, o cümlədən Mingəçevir şəhərində də mövcuddur.

Mingəçevir şəhərində, Heydər Əliyev 88 ünvanında yataxanada yaşayan ikici qrup əlil, parkinson xəstəsi Əliyev Təhməz Səfər oğlu “Hürriyyət”ə dedi ki, yaşadıqları yataqxanada əvvəl su üçün sayğac olmayıb:

“İndi binaya su üçün ümimi bir sayğac qoyublar. İşıq üçün hər evin öz sayğacı var. Bu, normaldır. Amma su, ayaqyolu yataqxanda ümumi olur. Mənim 2-3 otaqlı evim yoxdur, yataqxanadır, birtəhər yaşayırıq. Binaya bir su sayğacını hansı məntiqlə qoyublar? Bu pulu kim ödəyəcək? Sayğacın yazdığı ümumi binaya aid olacaq. Kimin sudan nə qədər istifadə edib-etmədiyi necə aydın olacaq? Mingəçevir suyun içində batıb gedir, yataqxanaya su üçün sayğac qoyulmalı deyil. Ümumiyyətlə, yataqxanaya ümumi bir sayğacın qoyulması səhvdir. Bütün bina sakinləri bir-birinə qarışacaq. Bu pul necə ödəniləcək? Bu pulu kim ödəyəcək? Burada cammat çörək tapa bilmir, evində acından ölür. Bu ərazi keçmiş toxuculuq fabrikinin ərazisidir. Ərazidə 8-9 yataqxana var. Burada yaşayanların əksəriyyəti də çətinliklə yaşayır. Biz yaşadığımız 4 mərtəbəli binadır. Su üçün binaya bir sayğac qoyulması bina sakinlərinin bir-biri ilə dava etməsi iə nəticələnəcək”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA