Yaxın Şərq üzərində buludlar sıxlaşır: rejimi möhkəmləndirmək üçün şahzadə Məhəmmədə xarici düşmən gərəkdir – TƏHLİL

Yaxın Şərq üzərində buludlar sıxlaşır: rejimi möhkəmləndirmək üçün şahzadə Məhəmmədə xarici düşmən gərəkdir – TƏHLİL

Aleksandr Jelenin

rosbalt.ru, 27.11.2017

Rosbalt” ekspertləri qeyd edirlər ki, Səudiyyə Ərəbistanı və İran qarşıdurması güclənəcək, aralarındakı kvazi-müharibə (kvazi-xəyali-tərc.) isə qonşu dövlətlərdə “yad əllər”lə davam etdiriləcək.

Səudiyyə Ərəbistanının getdikcə hakimiyyəti öz əlində daha çox cəmləyən varis şahzadəsi Məhəmməd bin-Salman “The New York Times”-as müsahibədə İranın ruhani (və xeyli dərəcədə gerçək) lideri Əli Xameneiyə dair kəskin bəyanat verərək onu Yaxın Şərqin Hitleri adlandırıb. Məhəmməd deyib: “Biz Avropanın tarixindən ibrət almışıq ki, təcavüzkarla barışıq işləmir. Biz istəmirik ki, İranın yeni Hitleri Avropada baş verənləri Yaxın Şərqdə təkrar etsin”.

Xatırladaq ki, başqa bir ölkə liderinin bu qədər sərt müqayisəsi Səudiyyə Ərəbistanının Yəməndə müharibə apardığı husi şiə üsyançıların Ər-Riyad beynəlxalq aeroportunu atəşə tutmasıyla bağlıdır. Səudların versiyasına görə, husilərə silahı İran tədfarük edir. Elə həmin Səudiyyə Ərəbistanının təsiri altındakı Ərəb dövlətləri liqası (ƏDL) üzvlərinin əksəriyyəti İran və onun Yaxın Şərqdəki fəaliyyəti haqda bundan zəif ifadə işlətməyib. Dünyada ən böyük neft ehtiyatına sahib olan iki bölgəsəl dövlətin – sünni Səuidiyyə Ərəbistanı və şiə İranının Yaxın Şərqdə üstünlük uğrunda öz aralarında artıq uzun illər mübarizə apardığı faktı çoxdan heç kimə sirr deyil. Lakin iki ölkənin liderləri bir-birinin ünvanına hələ bu qədər kəskin bəyanat verməmişdi.

“Rosbalt”ın icmalçısı bununla bağlı ekspertlərdən bu iki ölkə arasında çoxdan aparılan “soyuq müharibə”nin bu gün “qaynar mərhələ”yə və birbaşa hərbi toqquşmaya keçməsinin mümkün olub-olmadığı haqda öz fikirlərini bildirməyi xahiş edib. Ekspertlər bunda həmrəydirlər ki, bu gün belə ssenari ehtimalı azdır, amma bu bölgəsəl dövlətlərin arasında qarşıdurmanın kəskinləşməsi heç vaxt olmadığı qədər  gərginləşib.

““

İran lideri Xamenei 

Rusiya EA Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı Vladimir Sajin deyir ki, “indi Yaxın Şərqdə fakt üzrə meydana çıxacağını hələ bir neçə əvvəl təsəvvür etmək mümkün olmayan qeyri-formal antiiran koalisiyası formalaşıb. Mən İsraili və İranın və qismən də Livanın güclü təsiri altındakı İraq istisna olmaqla, demək olar, bütün ərəb dövlətlərini nəzərdə tuturam”.

O xatırladır ki, “İsrail müdafiə naziri Avigdor Liberman bir neçə gün öncə İrana qarşı İsrail-ərəb ittifaqı qurmağı təklif edib”.

İsrail hərbi idarəsi başçısının bu bəyanatı praktik olaraq Ərəb dövlətləri liqası (ƏDL) xarici işlər nazirlərinin bu günlərdə Qahirədə baş tutan və İraq və Livandan savayı bütün ərəb dövlətləri təmsilçilərinin qatıldığı təcili toplantısı ilə eyni zamanda verilib. Tehranın maliyyələşdirdiyi İranyönlü “Hizbullah” şiə təşkilat onların qəbul etdiyi bəyanatda “terrorçu” kimi tanınıb. ƏDL baş katibi Əhmədn Əbu Geyt elan edib:“İranın siyasəti bütün hədləri aşır və bütün bölgəni uçuruma itələyir”.

Sajinin sözlərinə əsasən, bu yaxınlarda Misir ekspertlərindən biri onunla söhbətdə qeyd edib ki, buna kimi bu qədər yüksəkçinli ərəb liderindən belə sərt antiiran bəyanatı eşitməyib. Sajin vurğulayır – “Misir də daxil olmaqla” Qahirə müşavirəsinin bütün iştirakçıları “Yaxın Şərqdə təhlükəsizlik üçün əsas təhlükə İran olduğu haqda ideyanı dəstəkləməyə başlayıblar”. Onun fikrincə, “bu, İran və Rusiya üçün də olduqca ciddi bir durumdur, çünki onunla yaxşı münasibətlərimiz var. Moskva, bəlkə də, bu gün deyil, amma gec-tez seçim etməli olacaq – ya İsrail və ərəb dövlətlərinin əksəriyyəti, ya da İran. Və tam əmin deyiləm ki, RF İranı seçəcək”.

Bununla belə, Sajin hesab edir ki, çox güman ki, Səudiyyə Ərəbistanı və İran birbaşa hərbi toqquşmaya getməyəcək. “Lakin indi Yəməndə gedən “vəkalətli müharibə” Suriyada da tamamilə baş tuta bilər”, – deyə o, güman edir.  

Şərqşünas Yelena Qalkina hesab edir ki, Səud sülaləsinin varis şahzadəsinin Xameneiyə dair bəyanatı “qeyri-adi bir məsələ deyil”, çünki o, əvvəllər də İran lıiderlərinin ünvanına “heç də tərifli” ifadələr işlətməyib.

Ekspert Səudiyyə Ərəbistanı və İranı müsəlman dünyasının Yaxın və Orta Şərqdə üstünlük üçün çoxdan rəqabət aparan “iki flaqmanı” adlandırır. Mütəxəssis deyir: “Onlar bir-biriylə radikalizm və təməlçilikdə yarışıb və bu, (bölgədə) cəhalətpərəstliyə sürüklənmək və radikal terrorçu qrupların qurulmasına daha çox şərait yaradıb”.

Eyni zamanda şahzadə Məhəmmədin bu gün öz ölkəsi üçün elan etdiyi gündəlik mötədil müsəlman cəmiyyətinin yaranmasına və dövllətin tərəqqisinə gətirib çıxarda bilər. Səciyyəvidir ki – Qalkina qeyd edir -, hazırda hər iki ölkənin lideri bir-birini Yaxın Şərqi orta əsrlərə qovmaqda qınayır.

Ekspert eyni zamanda hesab edir ki, bu gün iki bölgəsəl dövlətin birbaşa hərbi toqquşması ehtimalı azdır. “Onların qarşıdurması artıq 40 ildir sürür və mən deməzdim ki, indi bu planda nəsə qeyri-adi bir şey baş verir. Bir-biriylə müharibə nə İrana, nə də Səudiyyə Ərəbistanına lazımdır. Onların arasında “vəkalətli müharibə”yə gəlincə, bu, çoxdan gedir. Yəmən, İraq, Suriya, Əfqanıstanda silahlı münaqişələr, (səudların)  Qətərə “ilişməsi” bu müharibənin meydanıdır”.

Qalkina qeyd edir: “Bu müharibənin güclənməsi 2015-ci ildən gedir, amma problem bundadır ki, İran Suriya, Livan və İraqda yetərincə ciddi xarici siyasət uğurlarına nail olub, halbuki Səudiyyə Ərəbistanının Yəməndə husi şiə üsyançılara qarşı müharibəsi çox da uğurlu deyil. Və bununla bərabər, təkcə (İran daxil olmaqla) bütün Yaxın və Orta Şərq ölkələrinin deyil, həm də Şimali Afrikanın hərbi xərclərinin 40%-i Səudiyyə Ərəbistanının payına düşür, halbuki bu xərclərin yalnız 10%-i İranın payıdır. Eyni zamanda İran ordusu indiyədək Səudiyyəninkindən daha effektlidir”.

Buna baxmayaraq, “çox güman ki, nə bu, nə o biri dövlət öz geopolitik rəqibi ilə birbaşa müharibəyə birinci girişməyəcək. Lakin belə bir şey olsa, çox ehtimal ki, ər-Riyadın təşəbbüsü ilə baş verəcək, çünki oradakı rejim, yumşaq deyilsə, hazırda tarazlığını itirib, hakimiyyətin təmərküzləşməsi gedir. Lakin səudlar indi apardıqları “vəkalətli müharibə”də bundan sonra da ilişib qalsa və Alah eləməsin, birbaşa İrana zərbə endirməyi kəsdirsələr, bunun onlar üçün olduqca kədərli nəticələri olacaq”, – ekspert deyir, bir daha vurğulayır ki, bu cür ssenarini az ağlabatan sayır.

““

Səudiyyə Ərəbistanı hərbi texnikası 

Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqid yada salır ki, AFR XİN-in keçmiş başçısı Yoşka Fişer bu yaxınlarda bildirib ki, Səudiyyə Ərəbistanı Krallığı (SƏK) ilə İranın birbaşa toqquşması yaxınlaşır. Ekspertin fikrincə, bu cür hadisənin mümkünlüyü olduqca böyükdür. Yaxın Şərqdə gərginlik artır.

Maqid əmindir ki, Suriyada və Yaxın Şərqdə ən yaxın vaxtlarda bütünlükdə barışın niyə ola bilməyəcəyinin səbəblərindən biri budur. Onun fikrincə, bölgədə yaxın sülh haqda məlumatlar Rusiya KİV-lərinin uydurmasıdır.

Mütəxəssis xatırladır ki, “Səudiyyə kralı xəstədir, deyəsən, gerçək hakimiyyət isə kəskin hərəkətlərə meylli oğlu Məhəmmədə keçib. Xatırladığımız kimi, o bu günlərdə 500-ə yaxın ali məmur və şahzadəni həbs edib. Ölkənin daxili siyasətində radikal dəyişikliklər yetişib. Məhəmməd ibn-Salmanın məqsədi SƏK-in sürətləndirilmiş elmi-sənaye və hərbi modernləşdirilməsidir”.

O, hesab edir ki, birincisi, “sabit ucuz neft qiymətləri şəraitində iqtisadiyyatda islahatlar qaçılmazdır. İndiyədək onun təməli neft ixracatı və güclü sosial siyasətdir. Modernləşmə, müasir sənaye və xidmətlərin yaradılması lazımdır. Ehtimal ki, SƏK rəhbərliyi bu günki sosial tədbirlərin bir qismindən də (faizsiz kreditdən) imtina tələb olunur. Vəhhabiliyin əvvəlki mühafizəkar ideologiyasını atmaq lazım gəlir, ölkə dünyəvi olmalı və çağdaş təhsil sistemi qurmalıdır”.

Maqid deyir ki, Səudiyyə Ərəbistanı-İran qarşıdurmasının həm xarici, həm də daxili səbəbləri var. O həmçinin razıdır ki, “son illərdə Yaxın Şərqdə İranın radikal şəkildə güclənməsi baş verib. Nəhəng şiə ayparası meydana çıxıb, İraq, Suriya və Livan İranın təsirinə düşüb. Suriyadakı Bəşər Əsəd rejimi də Tehranla sıx bağlıdır və hər şeydən əvvəl bu ölkənin maliyyə və hərbi dəstəyi sayəsində saxlanıb. Eyni hal İraqqa nisbətdə də qismən həqiqətdir. Livana gəlincə, farsların səyləri sayəsində bölgənin ən yaxşı ordularından birinə çevrilən “Hizbullah” orada çoxdan ağalıq edir”.

““

İran əsgərləri 

Ekspert qeyd edir ki, bütün bunlar həm İsraili, həm də səudiyyəliləri çox narahat edir. O deyir: “Lakin daxili amil də var: islahatlar keçirmək və rejimi möhkəmləndirmək üçün Məhəmməd ibn-Salmana xarici düşmən lazımdır. Bu şəraitdə onu icad etməyə ehtiyac yoxdur”.

Mütəxəssis qeyd edir: “Səudiyyə Ərəbistanı husilər və Yəmənin keçmiş prezidenti Salehin qoşunlarıyla müharibə apardığı Yəmənə qoşun yeridib. Bu, ilk baxışdan sanki olduqca uğursuz təşəbbüs görünür – 150 Səudiyyə hərbçisi bir vaxtlar SSRİ Əfqanıstanda, ABŞ isə Vyetnamda ilişdiyi kimi bu ölkədə ilişib qalıb. Bu, qismən də belədir, amma, əslində, səudiyyəlilər öz məqsədlərini güdürlər. Onların ordusu Yaxın Şərqdə uzun müddət feyk sayılırdı: qalaq-qalaq silah və çox aşağı səviyyəli döyüş hazırlığı. Buna görə də SƏK üçün Yəməndə müharibə döyüş şəraitində öz ordusunu sınaqdan çıxarmaq üsuludur – hələ yeni silahların yoxlanmasını demirik”.

Amma yenə də “çox ehtimal ki, səudlarla İran arasında ən yaxın vaxtlarda birbaşa toqquşma olmayacaq, çünki səudiyyəlilər Yəməndə ilişiblər və çətin ki, iki cəbhədə müharibə apara bilərlər. Bundan savayı, Səudiyyə Ərəbistanının nüfuzlu müttəfiqi var – hərbi baxımdan Yaxın Şərqin ən güclü ölkəsi İsrail. İsraillilər hazırda İranın, onun müttəfiq və satellitlərinin – Əsəd və “Hizbullah”ın ünvanına döyüşkən bəyanatlar verirlər. Livanda, ola bilsin, Suriyada da  “Hizbullah”a qarşı İsrailin böyük əməliyyatı tamamilə ağlabatandır. İsraildə 2006-cı il müharibəsində məğlubiyyətə görə şiələrlə hesab çürütmək istəyən lobbi olduqca güclənib. Bax, Səudiyyə HHQ-dən istifadə etməklə İsrail-Səudiyyə birgə əməliyyatı tamamilə mümkündür. Ya da şahzadə Məhəmməd İsrailin şiələrə qarşı müharibəsini maliyyələşdirə bilər. Ümumiyyətlə, Yaxın Şərq üzərində buludrlar sıxlaşır”.

Tərcümə Strateq.az-ındır.  

  • Hamısı
  • Loading...