Yazıçılar Birliyi SOCAR-ın şair Qabilə münasibətindən NARAZI QALIB

Yazıçılar Birliyi SOCAR-ın şair Qabilə münasibətindən NARAZI QALIB

Dövlət Neft Şirkətinin (SOCAR) Xalq şairi Qabilin adını daşıyan "Poet Qabil" neft tankerinin adını dəyişib – “Göy Göl Ulduzu” – "Blue Lake Star" qoyması ictimaiyyətdə birmənalı qarşılanmayıb. (“Palmali” Şirkətlər Qrupu tərəfindən 2015-ci ildə suya buraxılan "Poet Qabil" gəmisi 2017-ci ildə SOCAR-ın sərəncamına keçib).

Şairin varisi, yazıçı-publisist Mahir Qabiloğlu deyib ki, bu məsələyə Azərbaycan Yazıçılar Birliyi (AYB) də münasibət bildirməlidir.

“Çünki Qabil ilk növbədə Azərbaycan xalqının şairidir. Qabilin dostları - Anar, Fikrət Qoca, Nəriman Həsənzadə, Çingiz Abdullayev, Rəşad Məcid, buyurun, söz sizindir. Bir də... Qabil 12 ildir rəhmətə gedib. AYB rəhbərliyindən xahiş edirəm ki, Xalq şairi Qabilin xatirəsinin əbədiləşdirilməsiylə bağlı nəhayət ki, Prezidentimiz İlham Əliyevə rəsmi məktubla müraciət etsin. Bu, tam şəkildə onların səlahiyyətinə daxildir. Vəzifə borcları bir yana, həm də dostlarının və qələm dostlarının ruhu qarşısında mənəvi borclarıdır".

Modern.az saytı Mahir Qabiloğlunun dediklərinə Azərbaycan Yazıçılar Birliyindən münasibət öyrənməyə çalışıb.

Birliyin mətbuat katibi Xəyal Rza olayla bağlı bunları deyib:

“Təbii ki, gəminin Azərbaycanın Xalq şairi Qabilin adına olması çox düşünülmüş təşəbbüs idi. Şair Qabilin adını daşıyan gəminin adının dəyişdirilməsi Azərbaycan Yazıçılar Birliyinin də təəccübünə səbəb olub. Yaxşı olardı ki, ad dəyişdirilsə də, mahiyyət qorunub saxlanılardı”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA