Yəhudi ekspertdən “Qüds qərarı”na ilginc şərh: "Tramp Amerikaya bundan daha çox ziyan vura bilməzdi"

Yəhudi ekspertdən “Qüds qərarı”na ilginc şərh: "Tramp Amerikaya bundan daha çox ziyan vura bilməzdi"

ABŞ prezidenti Donald Tramp Qüds ilə bağlı məlum qərarı qəbul etməklə daxili siyasətdə ortodoks yəhudilərə və xristian sionistlərə bel bağlayıb.

Hurriyyet.org bildirir iki, bu barədə "Report"a israilli publisist və politoloq İsrael Şamir bildirib.

"Məhz indi belə addım atmağa heç bir zərurət yox idi. Bunu bir neçə məqamla əlaqələndirərdim. Birincisi, Trampın stressdən özünü itirdiyini deyərdim. O, seçki kampaniyasında verdiyi vədlərin çox azını həyata keçirib. Gah Konqres, gah Senat, hətta adi məhkəmələr onun qarşısını alıb. Tramp "nə isə eləmək lazımdır" hissi ilə addım atıb", – İ.Şamir deyib.

Onun sözlərinə görə, ABŞ prezidentini belə addım atmağa məcbur edən ikinci səbəb D.Trampın daxili siyasətdə kursu liberal yəhudilərlə, başqa sözlə, Amerikadakı hakim yəhudilərlə dostluq axtarmaqdan ortodoks-yəhidlərə və xristian sionistlərə doğru dəyişməsidir.

Bununla yanaşı, o vurğulayıb ki, Trampın bu addımı ABŞ xarici siyasəti üçün öz qapısına güclü zərbədir.

"Tramp, həqiqətən də, "Putinin agenti" olsa belə, Amerikaya bundan daha çox ziyan vura bilməzdi", – israilli publisist hesab edir.

O həmçinin bu qərarın qəbul edilməsində amerikalı prezidentin kürəkəni Cared Kuşnerin mühüm rol oynadığını qeyd edib.

"Kuşner, ümumiyyətlə, bu administrasiyada mühüm rol oynayır. Camaat Trampa səs verib, amma Kuşneri əldə ediblər. Tramp qızının istədiyi, kürəkəninin tələb etdiyi şeyləri həyata keçirir", – İ.Şamir vurğulayıb.

Avropa İttifaqının Ağ Evin bəyanatına reakasiyası məsələsinə toxunan politoloq bildirib ki, bu qərar ABŞ ilə Avropa arasında haçalanma yaradır: "Aİ Mogerininin dilindən ABŞ ilə razılaşmalarda hədd olduğunu, bu məsələnin məhz elə həmin həddi təşkil etdiyini bildirib".

Onun fikrincə, qərar həmçinin artıq bu hərəkəti kəskin şəkildə qınayan İordaniya kralı II Abdullanın mövqeyinə təsir edəcək: "Kral Abdulla ABŞ-ın Suriyadakı bazaları ilə arxa cəbhə arasında yeganə körpünü təmin edirdi".

İ.Şamir qeyd edib ki, İsrailin özündə heç kim belə ani qərar gözləmirdi: "İsrailin özündə praktiki olaraq, bunu gözləyən insan yox idi. Əksinə, onlar bu işin uzanacağını düşünürdülər".

  • Hamısı
  • Loading...