Yəməndə şiddətli döyüşlər gedir

  • 2019-09-09 17:15:11
  • |
  • Dünya /

Yəməndə şiddətli döyüşlər gedir

Hurriyyet.org xəbər verir ki, Yəmənin strateji liman şəhəri olan Hudeydada Husilər və Yəmən hökumətinə tabe olan qüvvələr arasında şiddətli döyüşlər gedir.

Yerli mənbələrin aldığı məlumata görə, Husilər və hökumət qüvvələri arasında səhər saatlarından etibarən Hudeydanın cənubundakı Əl Necd və Necran küçələrində hər iki tərəf bir-birinə top atəşi açmaqdadır.

Husilərə məxsus silah anbarının vurulması səbəbindən bölgədə partlayış səsləri eşidilməkdədir.

Hava hücumundan bir bina yıxılıb

Digər tərəfdən Cizan küçəsindəki bir binaya da Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələri tərəfindən hava hücumunun keçirildiyi və bir binanın yıxıldığı qeyd edilib.

Təcili yardım komandalarının hadisə yerinə gedərək dağıntı altında qalanları çıxardığı, bu şəxslərin dinc vətəndaş, yoxsa Husilər olduğunun hələlik bəlli olmadığı bildirilir.

Döyüşlərin dünən BMT-nin nəzarəti altında Husilər ilə Yəmən hökuməti arasında keçirilən müzakirələrin ilk iclasından bir neçə saat sonra başladığı məlum olub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA