Yenə doğuş faciəsi - Bu dəfə Bərdədə

  • 2019-02-22 16:31:42
  • |
  • Ölkə /

Yenə doğuş faciəsi - Bu dəfə Bərdədə

Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində doğuş zamanı körpə ölüb.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü, Tərtər rayonu Səhləbad kənd sakini Əhmədova Gülxarə Əfqan qızı fevralın 21-də Bərdə doğum evinə 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub.

Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş uşaq ölüb. Ölən körpə oğlan olub.

Məsələ barədə məhkəmə-tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyitinə baxış keçirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA