“Yeni baş nazir Azərbaycanla münasibətləri soyuq məcrada davam etdirəcək” - POLİTOLOQ

“Yeni baş nazir Azərbaycanla münasibətləri soyuq məcrada davam etdirəcək” - POLİTOLOQ

“Gürcüstanın yeni baş naziri, sabiq daxili işlər naziri Georgi Qaxaria baş nazir təyin edildi. Yeni baş nazir Gürcüstan cəmiyyəti tərəfindən birmənalı qəbul edilmir. “Gürcü Arzusu” partiyasının sədri “Boz kardinal” Bidzina İvanaşvili tərəfindən bu kürsüyə gətirilən Georgi Qaxaria gürcü cəmiyyətinin iradəsinə qarşı atılan addımdır”. Hurriyyet.org xəbər verir ki, bu ba Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə qeyd edib.

“İvanaşvili Kremlin göstərişini yerinə yetirir”

Əsədullazadə diqqətə çatdırıb ki, bir ay bundan əvvəl Tiflis küçələri məhz Qaxarianın istefası ilə çalxalanırdı: “İvanaşvili bununla göstərdi ki, o, xalqın etirazlarına məhəl qoymur və Kremlin göstərişini yerinə yetirir”.

“Ölkəni faktiki İvanaşvili idarə edir”

M. Əsədullazadə hesab edir ki, yeni baş nazir ölkədə müsbətə doğru hər hansı bir islahatlar keçirə bilməyəcək: “Onun mesajları sadəcə söz yığınıdı. Ölkəni faktiki B.İvanaşvili idarə edir”.

“Gürcüstanda sistem anti-Azərbaycan qüvvələrindən ibarətdir”

“Yeni baş nazirinin Azərbaycanla əlaqələrinə gəldikdə isə, münasibətləri əvvəlki kimi soyuq məcrada davam etdirəcək. Müsbət irəliləyişə doğru əlaqələr olmayacaq. Çünki sistem anti-Azərbaycan qüvvələrindən ibarətdir”-deyə politoloq əlavə edib.

“İvanaşvilinin bu seçimi onun şansını sıfıra yaxınlaşdıracaq”

Əsədullazadənin fikrincə, İvanaşvilinin bu seçimi onun xalq tərəfindən daha da nüfuzdan düşürəcək və növbəti seçkilərdə onun şansını sıfıra yaxınlaşdıracaq.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA