Yeni bir müharibə başlayır? - Çin və Rusiyadan sonra ABŞ da HƏRƏKƏTƏ KEÇDİ

  • 2019-03-12 18:13:40
  • |
  • Dünya /

Yeni bir müharibə başlayır? - Çin və Rusiyadan sonra ABŞ da HƏRƏKƏTƏ KEÇDİ

Hurriyyet.org xəbər verir ki, Rusiya və Çinin son illərdə Artika bölgəsindəki fəaliyyətlərini sürətlə artırmasından sonra həmin ərazilərdəki fəaliyyətini indiyə qədər minimum səviyyədə saxlayan ABŞ-ın Arktika siyasətini yenidən nəzərdən keçirməsi “Soyuq müharibə Arktika bölgəsinə daşınır?” sualını doğurub.

2019-cu ilin fevral ayında Birləşmiş Ştatların NATO müttəfiqi olan İslandiyaya səfər edən ABŞ xarici işlər naziri Mayk Pompeonun “Rusiya və Çinin Arktika bölgəsində varlıqlarını artırmasını” vurğulaması ABŞ-ın Arktika siyasətinə yenidən nəzər salacağını və Rusiya ilə Çinin bölgədə artan təsirinə qarşılıq verəcəyi təəssüratı yaratmışdı.

Rusiyanın Arktikadakı fəaliyyəti

Rusiya Sovet İttifaqı dövründən qalmış bir neçə hərbi bazasını yenidən açaraq bölgədə yeni hərbi müəssisələr və aeroportlar inşa edib.

Şimal sahillərində çoxsaylı limanları olan Rusiya hərbi varlığına əlavə olaraq, Arktika bölgəsinin inkişaf etdirilməsi üçün beşillik plan hazırlayıb. Moskva hökuməti həmin plan çərçivəsində buradakı təbii mənbələri istismar eləmək niyyətindədir.

Çinin Arktika fəaliyyəti

Çin hökumətinin 2018-ci ilə aid Arktika hesabatında marağı olan bütün ölkələrlə birlikdə “Qütb İpək Yolu” inşa edilməsi təklifi səsləndirilib. Bu marşrutların yaradılması məsələsində şirkətlərə tikinti çağırışı edən Çin hökuməti ticarət uçuşu marşrutlarının daimi mərhələyə keçidi üçün təcrübə uçuşları həyata keçirir.

İslandiya, Qrenlandiya, Rusiya və başqa ölkələrdə mədən və enerji sektoruna vəsait qoyan Çin, Arktika və Antarktida tədqiqatlarını sürətləndirərək, qütb araşdırma proqramlarını birlikdə həyata keçirir.

ABŞ-ın fəaliyəti yeni bir soyuq müharibə başlanğıcı kimi qiymətləndirilir

Rusiya ilə Çinin son illərdə Arktika bölgəsindəki sürətli inkişafı ABŞ hökumətinin diqqətini çəkib. ABŞ XİN Beynəlxalq Təhlükəsizlik Məsələləri Müşavirə Qrupu Çin və Rusiyanın əməkdaşlıq eərək Yamal yarımadasındaki təbii qaz yataqlarındakı fəaliyyəti barəsində hesabat verib.

Rusiya və Çin arasındakı əməkdaşlığın və bölgədə artan təsirlərinin nəticəsində dəyişən ABŞ siyasətini şərh edən ekspertlət Rusiya ilə Çinin ardından ABŞ-ın Arktika bölgəsindəki fəaliyyətini artırmağa əy göstərməsini yeni bir soyuq müharibə dövrünün başlanğıcı kimi qiymətləndirirlər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA