“Yeni bir müharibəyə sürüklənirik” - FRANSADAN AÇIQLAMA

  • 2018-11-16 15:12:33
  • |
  • Dünya /

“Yeni bir müharibəyə sürüklənirik” - FRANSADAN AÇIQLAMA

“Bu, bütün dünya üçün iqtisadi intihara çevrilə bilər”

Hurriyyet.org xəbər verir ki, Fransanın maliyyə naziri Bruno Le Mer Çin ilə ABŞ-ın arasındakı ticarət gərginliyinə görə, bütün dünyanın yeni bir müharibəyə sürükləndiyini deyib: “Dünya yalnız Ümumdünya Ticarət Təşkilatının islahatı ilə qarşısı alına biləcək, Çin və Abş arasındakı ticarət gərginliyinin təhrik elədiyi yeni bir soyuq müharibəyə doğru sürüklənir”.

Nazir Le Mer deyib: “Hazırda mövcud olan risk, Çin ilə ABŞ arasında Avropa da daxil olmaqla bütün ölkələrin məğlub olacağı bir soyuq müharibəyə daxil olmağımızdır. Bu ticarət müharibəsi bütün dünya üçün iqtisadi intihar olacaqdır. Buna bir kəlmə ilə axmaqlıq demək olar”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz