Yeni doğulan əkiz körpələrdən biri öldü - Sabirabadda

Yeni doğulan əkiz körpələrdən biri öldü - Sabirabadda

Sabirabadda yeni doğulan əkiz uşaqlardan biri ölüb.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, mayın 16-da rayonun Şəhriyar qəsəbəsindəki düşərgədə məskunlaşan məcburi köçkün, Cəbrayıl rayonunun Mahmudlu kənd sakini, 1998-ci il Əsədova Mülayim Baris qızı doğuşla əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub. Əkiz uşaqlara hamilə olan M.Əsədovanın üzərində mayın 17-də qeysəriyyə əməliyyatı aparılıb.

Əməliyyat zamanı çəkisi 3,8 kq olan oğlan uşağı ana bətnindən sağlam götürülüb. Qız cinsindən olan körpə isə ölüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA