“Yeni təyinat köhnə qvardiyanın mövqelərini zəiflətməyə hesablanıb” - Elxan ŞAHİNOĞLU

“Yeni təyinat köhnə qvardiyanın mövqelərini zəiflətməyə hesablanıb” - Elxan ŞAHİNOĞLU

“Sahibkarların əksəriyyəti Vergilər Nazirliyindən və tətbiq olunan ədalətsiz vergi siyasətindən şikayətçidir. Sahibkarları əməlli-başlı soyurlar, işə başlamamış vergi toplayır, gələn ilin vergisini də tələb edirlər. Hələ ötən həftə tanıdığım sahibkarın başına hansı oyunun açıldığını yazmışdım. 100 nəfər işçisi olan sahibkar xaricdən aldığı dəzgahları ölkəyə gətirə bilmir ki, onun vergisini də indidən tələb edirlər. Deyir ki, bütün qanuni vergiləri ödəyir, yenə də ondan əl çəkmirlər”.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “feysbuk” səhifəsində yazıb.

“Köhnə qvardiyanın oturuşmuş fiqurları nə Ziya Məmmədov, nə də Eldar Mahmudovdan artıqdırlar”

“İddia etmirəm ki, təhsil naziri Mikail Cabbarov təhsilimizdə inqilabi dəyişiklər etdi, ancaq işə həvəslə başladı, rüşvətin miqyasını azaltmağa çalışdı, məktəb direktorlarını da kütləvi dəyişməyə çalışırdı ki, köhnə qvardiya bu prosesə mane oldu. Yeni təyinat köhnə qvardiyanın mövqelərini zəiflətməyə hesablanıb. Köhnə qvardiyanın oturuşmuş fiqurları nə Ziya Məmmədov, nə də Eldar Mahmudovdan artıqdırlar. Sistemdə radikal dəyişikliklərə ehtiyac var”, - deyə politoloq vurğulayıb.

Cavid, Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA