Yeni Zelandiya terrorçusu hakim qarşısında - 49 ittiham irəli sürüldü

  • 2019-03-16 10:52:21
  • |
  • Dünya /

Yeni Zelandiya terrorçusu hakim qarşısında - 49 ittiham irəli sürüldü

Ötən gün Yeni Zelandiyanın Kraystçerç şəhərindəki məscidlərə silahlı hücum edərək onlarla insanı qətlə yetirən, türk-müsəlman düşməni 28 yaşlı cani Brenton Tarrant saxlanıldıqdan dərhal sonra bu gün məhkəmə qarşısına çıxarılıb.

Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə onun məhkəməsi ictimaiyyətə qapalı keçirilib.

Qeyd olunub ki, Brenton Tarranta qarşı 49 cinayət ittihamı irəli sürülüb. Buna rəğmən o, zaminə çıxmağı tələb etməyib. Hətta hakim ona qarşı ittihamları sadalayarkən heç bir reaksiya göstərmədiyi və məhkəmə prosesində Tarrantın ağdərili irqin üstünlüyünü müdafiə edən əl işarəsi nümayiş etdirdiyi bildirilir.

“BBC”nin məlumatına görə, Brenton Tarrant 5 apreldə yenidən məhkəmə qarşısına çıxarılacaq.




Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA