Yerevanda növbəti etiraz aksiyası: meriyasının qarşısına zibil paketləri atdılar

Yerevanda növbəti etiraz aksiyası: meriyasının qarşısına zibil paketləri atdılar

Yerevanda sakinlər şəhər meriyası qarşısında etiraz aksiyası keçirib.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, etirazçılar meriya binasının qarşısına zibil paketləri atıblar.

Qeyd olunur ki, etirazçılar küçələrdən zibilin yığışdırılmadığını bildiriblər. Aksiya iştirakçıları arasında saxlanılanlar var.

Son dövrlərdə şəhərdə zibilin toplanması ilə məşğul olan “Sanitek” şirkətinin işinin öhdəsindən gələ bilmədiyi deyilir.

Yerevan meriyası şirkəti bir neçə dəfə cərimələdiyini bildirib. Şirkət isə şəhərdə yolların pis vəziyyətdə olması ilə əlaqədar zibil maşınlarının tez sıradan çıxdığını deyib.