İrəvanda su qıtlığı - Ermənistanın da su şəbəkəsində qəza olub

  • 2018-07-07 10:18:45
  • |
  • Region /

İrəvanda su qıtlığı - Ermənistanın da su şəbəkəsində qəza olub

Ermənistanın su təchizatçısı bildirib ki, ölkənin paytaxtı İrəvana su verilməsində yaranmış fasilələri aradan qaldıracaq.

Bu il Ermənistanda rekord yüksək temperaturlar qeydə alınıb və paytaxt da daxil ölkənin bir sıra yerlərində su qıtlığı yaranıb.

Fransada mənzillənmiş “Veolia” şirkətinin Ermənistan filialı “Veolia Djur” iyulun 6-da bəyan edib ki, İrəvanda su təchizatı iyulun 7-dək tam bərpa olunacaq.

Xatırladaq ki, iyulun 7-də Ermənistanın dini bayramlarından “Vardavar günü”dür. Bu bayramda ermənilər şəhər və kəndlərin küçələrində bir-birlərinin üstünə su atırlar.

Ölkə boyunca su təchizatı və kanalizasiyaları idarə edən şirkət bildirib ki, İrəvanda su təchizatındakı fasilələrə su şəbəkəsində baş vermis böyük qəzalar səbəb olub.

Son günlərdə Yerevanda və Ermənistanda havanın hərarəti 40 dərəcəyə çatıb…

“Veolia Djur” şirkətinin rəhbəri Qor Qriqoryan deyib ki, iyulun 7-də Yerevanda su təchizatı 100 faiz bərpa olunacaq. O bildirib ki, su şəbəkəsində yaşanmış qəzanın ardınca təmir işləri aparılır.

Fransa şirkəti 2016-cı ildə Ermənistanla su təchizatına dair 800 milyon avroluq müqavilə bağlayıb.

Ümumiyyətlə isə bu şirkət Ermənistanda 25 ilə yaxındır ki, fəaliyyət göstərir. Şirkətin Yerevan filialında 1200 yerli sakin işləyir. /"Azadlıq" radiosu/

Loading...

QALEREYA