“Yerli müğənnilərdən heç kimə qulaq asmıram” - Rasim Balayev

“Yerli müğənnilərdən heç kimə qulaq asmıram” - Rasim Balayev

Sağlamlığımın xətrinə yerli müğənnilərdən heç kimə qulaq asmıram. Həkim qadağan edib. Futbola, ağıllı proqramlara baxıram. Daha sonra Rusiyanın köhnə filmlərini izləyirəm, nəsə götürürəm".

Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Rasim Balayev CVN kanalına qonaq olarkən deyib. O, verilişdə əməkdar artist Elza Seyidcahanı da tənqid edib:

"Elza Seyidcahan şeir oxuyur. Ona deyən yoxdu ki, işinlə məşğul ol, sən şair deyilsən. Bu şeirlər efirlik deyil. Onda mən çıxıb ağzıma gələni danışım? İbrətamiz nəsə varsa, buyursun. Zövqlər korlanıb".

Məşhur aktyor bildirib ki, müasir komediya filmlərini bəyənmir: "Bütün sahələrdə, o cümlədən "Bozbash Pictures" tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir"

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA