Yevlaxda mikroavtobus qəzası – YARALILAR VAR

Yevlaxda mikroavtobus qəzası – YARALILAR VAR

Yevlaxda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərindəki nəqliyyat körpüsü yaxınlığında baş verib.

Belə ki, Bakı-Gəncə marşrutu ilə işləyən “Ford” markalı sərnişin mikroavtobusu “Opel” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 4 nəfər – Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Alıyev Yusif İsmayıl oğlu, 1973-cü il təvəllüdlü Dadaşova Afaq Fikrət qızı, Tovuz rayon sakinləri, 1975-ci il təvəllüdlü Niyazov Qələndər Cəfər oğlu və 1996-cı il təvəllüdlü Mayılova Səbinə Nüsrət qızı xəsarət alıb. Yaralılar Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz