Yevlaxda mikroavtobus qəzaya düşərək aşdı

Yevlaxda mikroavtobus qəzaya düşərək aşdı

Yevlax rayonunda sərnişin mikroavtobusu aşıb.

Hurriyyet.org xəbər verir ki, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayonunun Gülövşə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobus "Toyota" markalı minik avtomobili ilə toqquşub. Nəticədə sərnişin daşıyan mikro avtobus yoldan çıxaraq aşıb. Hadisə zamanı "Ford"un sürücüsü xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA