YƏHUDİLƏR VƏ BİZ

  • |

YƏHUDİLƏR VƏ BİZ

Biz yəhudilərdən fərqli olaraq hiyləgər və tamahkarlıqdan çox uzaq, əhlikef və bir sıra vacib milli xüsusiyyətlərə biganə olan xalq olmuşuq...

Yəhudilər hələ 2000 il bundan qabaq vətənlərindən didərgin salınıb bütün dünyaya səpələnsələr də, ağlasığmaz bir inad və mətanətlə öz dillərini, dinlərini, adət-anənələrini və daxili münasibətlərini qoruyub saxlamışlar. Bizdə isə psixologiya və daxili münasibətlər zərrə qədər dəyişmədən, pozulmadan qalır

Yəhudilərin bir etnos kimi hiyləgər, tamahkar və ziddiyətli millət olduqları hamıya məlumdur. Eyni zamanda ən qədim dövrlərdən başlayaraq tarixləri məlum olan bir etnosdur. Bizdə bu xüsusiyyətlərin yalnız biri məlumdur. Bizim də tariximiz çox qədimdir. Lakin bu tarix yəhudilərdən fərqli olaraq yazıya alınmayıb. Keçmişimizə aid qırıq-qırıq məlumatlar qədim yunan, Roma və bəzi başqa tarixçilərin əsərlərindən gəlib bizə çatıb.

Məsələn, XVIII-XIX bəzi Avropa tarixçilərinin təsdiq etdiyi kimi biz hələ qədimlərdən türkdilli xalq olmuşuq. Və arabir qısa müddətdə öz milli dövlətlərimiz də olub. Qalan dövrlərdə uzun zaman mənfur Əhəməni və Sasani fars imperiyalarının tərkibində yaşamışıq.

Yalnız VII əsrdə ərəb işğalından sonra ölkəmizin adı qəti müəyyənləşib ərəblərin tələffüz etdikləri kimi ölkəmiz “Azərbaycan” adlanmışdır. Arazdan şimaldakı ərazilərimiz “Arran” adlnasa da, bütöv halında biz Azərbaycan əhalisiyik.

Bu bizim ərəb işğalından sonra ta bu günə kimi ölkə adımızdır. Milli adımız isə mərhum tarixçi Z.Bünyadovun müəyyən etdyi kimi türk olmuşdur. Çünki Azərbaycanda hökmdarlıq edən ərəb valisindən xəlifə Müaviyyə ondan soruşanda ki, Azərbaycan necə ölkədir, - vali cavab verib ki, ora qədimdən bəri türklərin vətənidir.

Bu bizim coğrafi və etnik mənsubiyyətimizə aid ən qədim məlumatdır. Lakin bir etnos kimi xarakterimiz, daxili münasibətlərimiz, davranışımız ən parlaq şəkildə “Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Ordan məlum olur ki, biz yəhudilərdən fərqli olaraq hiyləgər və tamahkarlıqdan çox uzaq, əhlikef və bir sıra vacib milli xüsusiyyətlərə biganə olan xalq olmuşuq.

Yəhudilər hələ 2000 il bundan qabaq vətənlərindən didərgin salınıb bütün dünyaya səpələnsələr də, ağlasığmaz bir inad və mətanətlə öz dillərini, dinlərini, adət-anənələrini və daxili münasibətlərini qoruyub saxlamışlar. Bizdə isə psixologiya və daxili münasibətlər zərrə qədər dəyişmədən, pozulmadan qalır. Eləcə də tərkibində çoxlu ərəb-fars sözləri olsa da, dilimiz. Sonuncu məsələdə bir cəhətdə tamamilə unikal dilimiz var. Bu unikallıq ondan ibarətdir ki, 8-9 min il bundan qabaq yaşamış türkdilli Şumer xalqının dilinə aid çoxlu sayda sözlər hələ də bütün türkdilli xalqlar içində yalnız bizim dilimizdə qalır. Bunlar əsasən bədən üzvlərinə aid sözlər, təkhecalı əşyaların adları və nə çox da qoşasamitli sözlərdə dövrümüzə qədər gəlib çatmışdır: Naqqa, baqqal, çaqqal, şaqqa, eşşək, hoqqa, toqqa, saqqal və s.

Yazının adı yəhudilər və biz olduğuna görə gəlib çatırıq əsas məsələyə. Yəhudilər tarixləri ərzində XX əsrə qədər çoxlu sayda filosof, tarixçi, yazıçılar yetişdirsələr də, onlar yəhudilərin dairəsindən kənara nüfuz edə bilməmişlər. Lakin budur, XIX-XX əsr gəlir və onlar musiqi, ədəbiyyat və elm sahəsində dünya mədəniyyətinə nəhəng simalar bəxş edirlər. Musiqi sahəsində Jorj Bizedən başlayaraq artıq fransızlaşmış, almanlaşmış və ruslaşmış yəhudi mənşəli dahi bəstəkarlar zühur edir. Ədəbiyyat sahəsində isə iki daha nəhəng fiqur yüksəlir. Bunlar alman dilli Frans Kafka və fransız dilli Marsel Prustdur. Bu fenomenal ədəbi dühalar haqqında çox yazmışıq. Ona görə yəhudilərlə bizim mqayisəmizə imkan verən musiqi sahəsinə keçək.

Mən burada yalnız üç kiçik həcmli musiqi şedevrinin adını çəkmək istəyirəm. Hər biri özündə bütöv bir operanın çəkisini, ağırlığını yaşadan bu əsərlər haqqında dönə-dönə yazmışam. Lakin onların gözəlliyi o qədər yüksək və heyranedicidir ki, 60 ildən bəri min dəfələrlə qulaq assam da, yeən doya bilmirəm. Bunlar Lev Knipperin “Polyuşka-pole”, Matvey Blanterin “Katyuşa” və İsaak Dunayevskinin “Kuban kazakları” adlı yalançı bir filmə yazdığı bütün musiqilər ilk növbədə isə “Kalina kolluğu çiçək açır” mahnılarıdır.

Və nəhayət bizi bu cəhətdən yəhudilərlə eyniləşdirən və hətta onlardan yüksəldən “Çahargah” və “Bayatı-Şiraz” muğamları, Üzeyir bəyin bütün musiqi dünyası, Müslüm Maqomayevin bir çox melodiyaları və nəhayət, heç kimin tanımadığı və unutduğu Cahangir Cahangirovun “Qəzəl” və “Gül camalın” romansları və s.

Mən əlbəttə Mirzə Fətəli və Qurban Səidin əsərlərini də bu zirvəyə qatardım.

Və bütün bunlar bizə deməyə əsas verir ki, biz yəhudilərdən ağıllı, işgüzar, hiyləgər bir etnos olmasaq da, musiqi və ədəbi istedadda onlara çox oxşayırıq və onlarla yanaşı da dura bilərik.

Əlisa NİCAT

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA