YƏMƏN QAN İÇİNDƏ!

  • 2019-05-18 12:15:14
  • |
  • Dünya /

YƏMƏN QAN İÇİNDƏ!

Hurriyyet.org xəbər verir ki, Yəmənin cənubundakı Ed-Dali vilayətinin Kutuba rayonunda baş verən atışmalar zamanı aralarında Məhəmməd əs-Sənhani aslı komandirin də olduğu 80 nəfər Husi döyüşçüsü öldürülüb, onlarla döyüşçü yaralanıb. Yəmən ordusuna məxsus “September Net” adlı internet saytının verdiyi xəbərə görə, xalq müqaviməti qüvvələri tərəfindən dəstəklənən hərbi qüvvələr Dali rayonunda irəliləməyə davam edirlər.

Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən hökumət əsgərlərinin İran tərəfindən dəstəkləndiyi iddia edilən Husilərə məxsus çox sayda hərbi texnika, silah və sursatı ələ keçirdiyi bildirilir.

Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən Hizam Emni qüvvələrinin yazılı açıqlamasında bildirilir ki, hökumət qüvvələri ilə Nizam Emni qüvvələri Husilərin əlində olan Kutuba rayonuna dünən səhər saatlarına 3 cəbhədən əməliyyat keçirirək, rayonu tamamilə öz nəzarətləri altına keçirə biliblər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA