Yol polisi eyni anda 3 qayda pozdu - VİDEO

Yol polisi eyni anda 3 qayda pozdu - VİDEO

Mart ayının 21-i saat 14:10 radələrində paytaxtın Hüseyn Cavid prospektində qaydaları kobud şəkildə pozan yol patrul xidməti əməkdaşı kameraya düşüb.

Hurriyyet.org Avtosfer.az-a istinadən xəbər verir ki, sayrışan işıqları yandırmadan, arxa stop işıqlarının biri işləmədən hərəkət edən 99 YP 284 dövlət nömrə nişanlı YPX avtomobilinin sürücüsü olan yol polisi əməkdaşı qoşa xəttin tələbini pozaraq əks yola çıxır və geriyə dönmə edir. Bu zaman dönmə işıqlarını da yandırmır.

Həmçinin arxa stop işığı da işləmədiyi üçün bu qəfil dönmə hərəkəti digər sürücünü çaşdırır. Qəfil əyləc istifadə etməyə məcbur olur. Surətin aşağı olması və sürücünün vaxtında tərpənməsi qəzanın qarşısını alır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA