Yol polisinin bəzi səlahiyyətləri alınaraq bu agentliyə verildi - VİDEO

Yol polisinin bəzi səlahiyyətləri alınaraq bu agentliyə verildi - VİDEO

Bundan sonra Bakı şəhərində yol polisi avtomobilləri evakuasiya etməyəcək. Üstəlik, dayanma-durma qaydalarını pozanları da yol polisi yox, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları cərimələyəcək.

Hurriyyet.org-un məlumatına görə, bununla bağlı qərar ötən gün prezident İlham Əliyevin imzaladığı fərmanlarla verilib.

Fərmanın icrası üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən iş aparılır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, ilkin mərhələdə dayanma-durmanın qadağan edildiyi yerlərə kameralarla nəzarət ediləcək və cərimələr də elektron qaydada tətbiq ediləcək. Üstəlik, nişan, işıqfor və nişanlanma xəttinin təşkili ilə bağlı qərar vermək səlahiyyəti də Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasından alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib.

Prezidentin fərmanı ilə "Baku Bus" da Agentliyin tərkibinə verilib. Bundan əlavə, Bakı Nəqliyyat Agentliyinə tapşırılıb ki, paytaxtda taksi və marşrut avtobusları, həmçinin onların sahibkarları ilə bağlı tələbləri müəyyən etsin. \\Xezerxeber.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Loading...

QALEREYA