Yüksək təzyiq xəstələri bu saatda yatsın - Həkimlərdən YENİLİK

Yüksək təzyiq xəstələri bu saatda yatsın - Həkimlərdən YENİLİK

Təzyiqin az da olsa normadan kənara çıxıb yüksəlməsi ürək-damar xəstəliyi və beyinə qansızma riskini artırır.

Hurriyyet.org medicina.az-a istinadla alimlərin yüksək təzyiq xəstələrinə məsləhət gördüyü yeni və asan metodu təqdim edir.

Gündüz yuxusu – təzyiqi olanlar üçün günorta az da olsa yatmaq çox yaxşıdır. Bunu Amerika kardioloji kollecinin araşdırmaçı qrupu təyin edib.

Gündüzlər yeməkdən sonra mürgüləmək arterial təzyiqə duzdan və içkidən imtinaya bərabər faydalı təsir edir. Günortalar yatan xəstələrin təzyiqi 5 mm aşağı olur. Nəzərə alın ki, təzyiq dərmanı da təzyiqi 5-7 mm aşağı sala bilir.

Təcrübədə 212 nəfər orta dərəcədə təzyiq xəstəsi olan insanlar iştirak edib. Hər 4 nəfərdən biri diabet xəstəsi idi. Tədqiqatçılar onların təzyiqini 24 saat izləmədə saxlayıb və həyat tərzini, vərdişlərini xarakterizə edib.

Məlum olub ki, günortalar mürgüləyən insanlarda sistolik arterial təzyiq sutka ərzində 5,3 mm aşağı idi, nəinki günorta yatmayanlarda. Günorta mürgüləməyənlərin təzyiqi 132-ə çatırdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA