Yunanıstan BOTAŞ-a möhtac olacaq

Yunanıstan BOTAŞ-a möhtac olacaq

Cənub -Şərqi Avropa Enerji İnstitutunun İcraçı Direktoru Kostis Stambolis Rusiyanın Ukrayna ərazisindən keçən təbii qaz xəttini bağlayıb Yunanıstan Türk Axını Qaz Boru xəttinə transferə başlayarsa, Yunanıstan təbii qaz idxalı üçün Türkiyənin BOTAŞ şirkəti ilə danışıqlar aparmağa məcbur olacağını deyib.

Hurriyyet.org xəbər verir ki, Stambolis bu məsələnin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Afinaya səfəri zamanı müzakirə olunacağını vurğulayıb.

Yunanıstan və Türkiyə arasındakı təbii qaz xəttinin 6 milyard kubmetr tutumlu olduğunu, ancaq ondan 0,75 milyard kubmetr qaz nəql edildiyini deyən Stambolis bu boru kəmərinin maksimum tutumunun Türkiyədən Yunanıstana hətta digər bölgə ölkələrinə təbii qaz ticarətində önəmli rol oynaya biləcəyini vurğulayıb.

Yunanıstanın hər il idxal etdiyi 4 milyard kubmetr təbii qazın 2,3 milyard kubmetrini Rusiyadan aldığını deyən Stambolis Türk Axını Boru Xətti fəaliyyətə başladıqdan sonra Rusiyadan Yunanıstana təbii qaz daşıyan Trans-Balkan Boru Kəmərini ləğv etməyi planlaşdırdığını qeyd edib.

“Türk Axını”ndan gələcək təbii qazı ala bilmək üçün Yunanıstan yeni bir boru xətti inşasının mövzusunun gündəmdə olmadığını deyən Stambolis “Türkiyə “Türk Axıni”yla təbii qaz idxal etməyə başladıqda Yunanıstan BOTAŞ-la danışıqlar aparmaq məcburiyyətində qalacaq: “ Rusiyadan aldığımız həmin təbii qazı Türkiyədən almaq imkanımız olacaq”.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA