Yunanıstan çalxalanır: "Makedoniya" kəlməsi aranı qarışdırdı - VİDEO/FOTO

Yunanıstan çalxalanır: "Makedoniya" kəlməsi aranı qarışdırdı - VİDEO/FOTO

Makedoniyanın adının dəyişdirilməsinə etiraz edən yunanlar Afinada küçələrə çıxaraq etiraz aksiyası keçiriblər. Makedoniyanın adının dəyişdirilməsinə rəsmi Afinanın razılaşması və parlamentin də qonşu dövlətlə anlaşmanı ratifikasiya etməsi yunanları hiddətləndirib.

Hurriyyet.org milli.az-a istinadən bildirir ki, Afinada ölkə parlamentinin önündəki meydana toplaşmış 600 min insan aksiya keçiriblər.

Onları mitinqə 3 min avtobus daşımışdı.

"Makedoniya satılmır!, "Makedoniya Yunanıstandır!" qışqıran etrazçılarla polis arasında toqquşmalar olub.

Yunanıstanda əhalinin 70 faizi Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum tələb edirlər.

Referendum yanvarın 25-də keçiriləcək.

Yunanıstanda Makedoniya adlı vilayət olduğundan, rəsmi Afina sabiq Yuqoslaviya respublikasının Avropa İttifaqına və NATO-ya daxil olmasını əngəlləyir.

Afina narahatdır ki, qonşu ölkənin adı "Makedoniya" olandan sonra rəsmi Skopye yunan ərazisi ilə bağlı torpaq iddiaları ilə çıxış edə bilər.

Makedoniya adını dəyişərək Şimali Makedoniya olub. Skopye bu minvalla Avropa İttifaqına üzvlüklə bağlı əngəlləri aradan qaldırmaq niyyətindədir.

NATO da Makedoniyadan üzvlüklə bağlı problemin həlli üçün ölkənin adının dəyişdirilməsini tələb edirdi.

İndi "Şimali Makedoniya" adlanan ölkədə rəsmi dil qismində alban dili elan olunub.

Yunanıstan çalxalanır: Yunanıstan çalxalanır: Yunanıstan çalxalanır: Yunanıstan çalxalanır: Yunanıstan çalxalanır: Yunanıstan çalxalanır: Yunanıstan çalxalanır: Yunanıstan çalxalanır: Yunanıstan çalxalanır:

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA