Yunanıstan qatilə yenidən sərbəstlik verdi

  • 2019-02-11 17:14:42
  • |
  • Dünya /

Yunanıstan qatilə yenidən sərbəstlik verdi

Hurriyyet.org xəbər verir ki, Yunanıstan çox sayda insanın qətlində əli olan Dmitris Kufodiansa yenidən 6 günlük məzuniyyət icazəsi verib.

Volos şəhərindəki açıq həbsxanada saxlanılan Kufodinas fevralın 28-dən etibarən ədliyyə nəzarəti şərti ilə 6 günlük icazədən istifadə edəcək.

Yunanıstanda aralarında türk dilomatların da olduğu çox sayda insanı qətlə yetirən 17 noyabr terror təşkilatının üzvü Dmitris Kufodinasa, saxlanıldığı həbsxanadan çıxması üçün bir daha icazə verib.

Yunan mətbuatının yazdığına görə, qısa müddət əvvəl güclü şəkildə mühafizə edilən Koridallos həbsxanasından Volos şəhərindəki açıq həbsxanaya köçürülən Kufodinas, fevralın 28-dən etibarən ədliyyə nəzarəti şərti ilə 6 günlük icazədən istifadə edəcək.

Yunanıstan qanunlarına görə, 8 il həbsxanada qalmış məhkumlara məzuniyyət verilir. Məzuniyyətə icazə verilərkən məhkumun cinayəti yox, həbsxanadakı davranışı nəzərə alınır.

17 noyabr terror təşkilatı, 1991-1994-cu illərdə Türkiyənin Afinadakı səfirliyində çalışan diplomatlar Çetin Görgü və Ömer Sipahioğlunu öldürmüş, ssəfirliyin işçiləri Deniz Bölükbaşı, Nilgün Keçeci və sürücü Adil Yıldırımı yaralamıştı.

Son üç onillik ərzində terror qruplaşması siyasətilər, biznesmenlər, sənayeçilər, naşirlər, həmçinin, Amerika, türk və Britaniya diplomatları və məmurları da daxil olmaqla 23 insanı qətlə yetirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA