Yurçeviçin millimizlə ilk matçı - Rəqib və vaxt açıqlandı

Yurçeviçin millimizlə ilk matçı - Rəqib və vaxt açıqlandı

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Hurriyyet.org AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva yığması ilə üz-üzə gələcək.

Martın 25-də “Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisinin Nikola Yurçeviçin rəhbərliyi altında ilk sınağı martın 21-də səfərdə Xorvatiyaya qarşı olacaq. AVRO-2020-nin seçmə mərhələsindəki ilk görüş Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA