Yüzlərlə almana Xocalı soyqırımı haqqında məlumat verildi - FOTOLAR

Yüzlərlə almana Xocalı soyqırımı haqqında məlumat verildi - FOTOLAR

Almaniyanın Şimali Rein-Vestifaliya əyalətinin Münster şəhərində Xocalı faciəsinin 27-ci ildönümüylə bağlı anım-tanıtım tədbiri təşkil edilib. Tədbirə Münster şəhəri və ətraf bölgələrdə yaşayan azərbaycanlılar, həmçinin Güney Azərbaycandan olan mühacirlər iştrak ediblər.

Hurriyyet.org-a Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk xəbər verir ki, bu barədə tədbirdə almanlara geniş ətraflı məlumat verən Almaniya Jurnalistlər Birliyinin üzvü, jurnalist Fəxrəddin Hacıbəyli bildirib.

Tanıtım mərasimi şəhərin mərkəzi meydanında, əhalinin sıx olduğu yerdə keçirilib və Qarabağ konfliktinin, Xocalı şəhərində törədilmiş qətliamın tarixi, erməni millətçilərinin vəhşilikləri barədə yerli sakinlərə məlumat verilib, faciədən bəhs esən kitablar, fotoşəkillər nümayiş etdirilib, alman və ingilis dillərində vərəqələr paylanıb.

Qeyd edək ki, Xocalı faciəsiylə bağlı əyalətin bu şəhərində 2014-cü ildən bəri tədbirlər keçirilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA