Zaqatalada mikroavtobus qəzaya düşdü: xəsarət alanlar var

Zaqatalada mikroavtobus qəzaya düşdü: xəsarət alanlar var

Zaqatalada sərnişin daşıyan mikroavtobus qəzaya düşüb.

Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Əliabad marşrutu üzrə sərnişin daşıyan mikroavtobus rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə xəsarət alan bir-neçə sərnişin Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerində araşdırma aparır. /ONA/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA