“Zatulin yeni mənbə axtarışındadır…” - POLİTOLOQ

“Zatulin yeni mənbə axtarışındadır…” - POLİTOLOQ

İlqar Vəlizadə: “Çox güman ki, onun açıqlaması bununla bağlıdır”

“Mən düşünmürəm ki, indi Ermənistanın siyasi elitası üçün bu nağıllar maraqlı olar”

“Boltonun tövsiyələrinə qulaq assa, o zaman Ermənistan öz taleyinə ağlamalı olacaq”. Bu fikiləri Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsinin sədr müavini deputat Konstantin Zatulin açıqlayıb: “Ermənistan müstəqil dövlətdir. O öz siyasətini istədiyi formada qurur. Biz öz növbəmizdə bu davranışı qiymətləndirmək haqqına sahibik və dəyərləndiririk. Bu gün Nikol Paşinyan Brüsseldədir. Başa düşürük ki, Ermənistan fərqli ölkələrlə yaxşı münasibətlərə sahib ola bilər. Əgər cənab Boltonun tövsiyələrinə kor-koranə əməl etsə, o zaman Ermənistan “erməni soyqırımı”nın tanınmasının dəstəklənməsi proqramını kiçiltmək məcburiyyətində qalacaq. Ermənistan özünün İranla münasibətlərini qırmalı və ABŞ-ın formalaşdırdığı antiiran cəbhəsinə daxil olmalı olacaq. Əgər Ermənistanda bu yolla gedəcək dəlilər varsa, o zaman mən indidən onların və Ermənistanın taleyinə ağlayıram. Rusiya Ermənistan üçün müttəfiq, iqtisadi tərəfdaş və əvəzedilməz ölkədir”.

Maraqlıdır ki, Zatulinin dediyi kimi, Boltonun tövsiyələrinə qulaq assa, o zaman Ermənistan həqiqətənmi öz taleyinə ağlamalı olacaq, yoxsa bu, elə onun nağıllarıdır?

“Zatulin indi köhnə maliyyə mənbəsini itirib, yeni mənbə axtarışındadır”

Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsinin sədr müavini deputat Konstantin Zatulinin açıqlaması ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, Zatulin sözləri öz-özünü təkzib edən sözlərdir: “Bu kontekstdə Boltona istinadən nə qədər mənfilik səslənir, hələ bu, özü-özlüyündə bir sualdır. Çünk Rusiya siyasətçiləri çox nadir hallarda xüsusi olaraq post-Sovet məkanında gedən proseslərlə bağlı digər ölkələrin siyasətçilərinə istinad edirlər. Zatulin ermənipərəst deputatdır, onun Boltona istinad etməsi müəmmalı görsənir. Əvvələr Zatulin bilirdi ki, Respublikaçı Partiyanın maraqlarını güdürdü və Sərkisyanla, Qarabağ klanı ilə işləyən bir adam idi. Sərkisyan hakimiyyətdən gedəndən sonra Zatulin sanki çaş-baş qalıb, yəni kimə xidmət etsin, artıq onun havadarları siyasi səhnədən çəkilib, digər siyasi qruplar da onun xidmətlərindən istifadə etməyin marağında deyil. Ona görə, yəqin ki, o, özünə bir dayaq axtarır, yəni sponsor arxtarışındadır və yenə də Ermənistan mövzusunu gündəmə gətirməklə işarə edir ki, mən də varam, mənim də siyasi imkanlarımdan istifadə edə bilərsiniz. O, Lazarev Klubunun təşkilatçılarından biridir. Ola bilər ki, onun bu açıqlaması Ermənistan diasporasına, onların reaksiyasına hesablanıb. Zatulinin bu açıqlaması ancaq şəxsi maraqlardan yanadır. Çünki Zatulin indi köhnə maliyyə mənbəsini itirib, yeni mənbə axtarışındadır. Madam ki, o ancaq bu mövzu ilə məşğul olur, onu hamı Ermənistan üzrə mütəxəssis tanıyır, yenə də sponsor axtarışındadır. Çox güman ki, onun açıqlaması bununla bağlıdır”.

“Bu, şəxsi maraqlarını üstün tutan və dar vəziyyətə düşən adamın açıqlamalardır”

“Lazerev Klubu vasitəsilə hər hansı müzakirəni ictimaiyyət arasında canlandırmaq istəyirlər. Ona görə də bu açıqlama siyasi “politoloji açıqlama” kimi görsənə bilər. Siyasi açıqlamada adətən kimsə bir güclü siyasətçi olanda, təsirli mənbələrə arxalanan siyasətçi olanda bilirsən ki, onun ifadəsi, sözləri həmin o dairənin, arxasında dayanan insanların sözləridir. Amma Zatulinin arxasında belə bir qüvvə dayanmır, yaxud Rusiyanın siyasi elitasında belə çox ciddi qüvvə də dayanmır. Ona görə, belə açıqlamalar “psevdo politoloji” açıqlamalardan başqa bir şey deyil. Yəni tamamilə Rusiyanın rəsmi mövqeyindən çox uzaq olan bir adamdır. İndi Rusiyanın rəsmi mövqeyi Ermənistana qarşı çox ciddi olaraq mənfidir. Paşinyanın aşkar Sorosla şəkillər çəkdirməsi, Brüsselə səfər etməsi, KTMT daixlində böhran yaradılması Rusiyanın Ermənsitana normal münasibətinə gətirib çıxarmır, orada Ermənistan siyasi rəhbərliyinə kifayət qədər mənfi münasibət aşılanır. Zatulin hazırda çalışıb iki stolda oturur, bir tərədən o Dövlət Dumasının depuatatıdır, rəsmi şəxs sayılır, o biri tərəfdən isə ermənipərəsət mövqedən çıxış edən adamdır. Ona görə, onun ifadələrində çoxlu ziddiyyətli fikirlər var. İndi bu, şəxsi maraqlarını üstün tutan və dar vəziyyətə düşən adamın açıqlamalardır, nəinki hansısa bir ciddi siyasi qrupun mesajıdır”,-deyə politoloq vurğuladı.

Картинки по запросу ZATULİN

“Zatulinın çıxışı Amerikanın dəyimanına su tökən bir çıxışdır”

“Zatulin qeyd edib ki, Ermənistan özünün İranla münasibətlərini qırmalı və ABŞ-ın formalaşdırdığı anti-İran cəbhəsinə daxil olmalı olacaq. Ermənistanın İranla münasibətlərini qırıb və ABŞ-ın formalaşdırdığı anti-İran cəbhəsinə daxil olmaq ehtimalı varmı”sualına İ. Vəlizadə belə cavab verdi: “Zatulin burada Rusiyanın siyasətinin əleyhinə çıxış edir. Çünki bu regionda şərti də olsa, İran Rusiyanın müttəfiqi, Amerika isə rəqibi sayılır. O antiiran çıxışları ilə gündəmə gəlməklə kimin dəyirmanına su tökür, hələ bilinmir. O ki qaldı Ermənistanın İranla əlaqələri qırması çağırışları, bilmirəm Ermənistandan nə dərəcədə eşidiləcək. Çünki Ermənistanın güvən yerlərindən biri də İrandır. İranla da o qırılsa, onda Ermənsitanda enerji böhranı yaşana bilər. Çünki Ermənistan qazın bir hissəsini İrandan alır və sonra onu öz elektrik stansiyalarında emal edərək təzədən enerji kimi İrana ötürür. İndi ondan az-çox Ermənistan qazanır. İndi Ermənistanın kifayət qədər çox qazanc mənbələri yoxdur, onu da itirsə, alternativi nə ola bilər? Eləcə də azdan-çoxdan İrandan Gürcüstana Ermənistan vasitəsilə tranzit yükləri gedir. Az da olsa, Ermənistan tranzitdən qazanır, onu da itirsə, altenativi nə ola bilər? Yəni Zatulin nağıllar danışır, mən düşünmürəm ki, indi Ermənistanın siaysi elitası üçün bu nağıllar maraqlı olar. Yenə deyirəm, reallıqdan uzaq olan hansısa bir çıxışdır. Amma bunun ziddiyətli olması diqqəti çəkir. Zatulinın çıxışı Amerikanın dəyimanına su tökən bir çıxışdır. O nə dərəcədə Rusiyanın siyasəti ilə uzlaşır, bu, hələ bilinmir. Yenə deyirəm, belə siyasətçilərin problemi ondan ibarətdir ki, vaxtilə onlar Qarabağ klanına güvənirdilər, pulu onlardan alırdılar, indi Qarabağ klanı yoxdur, sponsor axtarışındadır və bilmirlər ki, hansı sözlərlə, çıxışlarla gündəmdə qalsınlar, onlara kimsə fikir versin”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA