Zaur Darğallı Gürcüstanda mer vəzifəsinə namizəddir

  • 2019-03-25 23:59:09
  • |
  • Dünya /

Zaur Darğallı Gürcüstanda mer vəzifəsinə namizəddir

“Gürcü Arzusu” Partiyasının katibi İrakli Qaribaşvili icra başçısı vəzifəsinə aralıq seçkilərdə iştirak edəcək namizədləri açıqlayıb.

Gürcüstan KİV-in məlumatına görə, o, azərbaycanlıların sıx yaşadığı Marnueli meri vəzifəsinə Zaur Darğallını namizəd göstərib.

Qaribaşvili bildirib ki, o, Kvemo Kartli qubernatorunun sədr müavinidir və etnik azərbaycanlı, vətənimizin layiqli oğludur.

Xatırladaq ki, bundan əvvəl, Marnueli şəhər meri, “Gürcü Arzusu” partiyasının üzvü, əslən azərbaycanlı Temur Abazov istefa vermişdi.

Buna səbəb mitinqdə Abazovu təhqir edən Marnueli sakininin döyülməsi ilə bağlı qalmaqal olub.\\azinforum.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA