Zaxarova: “Vaşinqton Moskvaya 62 dəfə sanksiya tətbiq edib” 

  • 2018-11-08 18:47:39
  • |
  • Aktual /

Zaxarova: “Vaşinqton Moskvaya 62 dəfə sanksiya tətbiq edib” 

Hurriyyet.org xəbər verir ki, Rusiya XİN mətbuat katibi Mariya Zaxarova son illərdə Vaşinqtonun Moskvaya qarşı 62 dəfə sanksiya tətbiq elədiyini, lakin Rusiyanın ultimatumlarla qorxudulmasının imkansız olduğunu söyləyib.

Zaxarova deyib: “Vaxt keçir, bəhanələr tapılır. Əvvəl olduğu kimi asanlıqla və məsuliyyətsiz şəkildə yeni sanksiyalar tətbiq edilir. Bizi isə bu açıqlamaları verən amerikalı məmurların peşəkarlıq səviyyəsi qorxudur”.

Bu yaxınlarda ABŞ XİN mətbuat katibinin köməkçisi Robert Palladino noyabrın 6-da Moskvanın kimyəvi silah nəzarəti vəzifələrini yerinə yetirmədiyini irəli sürərək, Konqresin yeni sanksiyaları müzakirə elədiyini söyləmişdi.

Vaşinqtonun ən son sanksiya paketi avqustun 27-də qüvvəyə minib. Sanksiyaların səbəbi olaraq İngiltərənin Solsberi şəhərində keçmiş rus agent Sergey Skripal ilə qızına qarşı kimyəvi silahdan istifadə iddiası göstərilmişdi.

Hurriyyet.org

Loading...

QALEREYA