Özbəkistanda kitaba abidə qoyuldu - FOTO

Özbəkistanda kitaba abidə qoyuldu - FOTO

Özbəkistanın Karşi Dövlət Universitetinin qarşısında kitaba abidə qoyulub.

Hurriyyet.org xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə kitabın gənc nəslin tərbiyəsindəki müstəsna əhəmiyyətindən danışılıb.

Monumentdə böyük özbək şairləri Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur, Abdulla Aripov, həmçinin Əbu Əli ibn Sina, Şərəf Rəşidov, o cümlədən dünya ədəbiyyatının tanınmış nümayəndələri Balzak, Şekspir və Puşkinin simvolik kitabları əks olunub./azərtac/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz