Zehninizi gücləndirin - “Yaddaş Sarayına” xoş gəlmisiniz

Zehninizi gücləndirin - “Yaddaş Sarayına” xoş gəlmisiniz

“Yaxşı bir beyinə sahib olmaq bəs etmir, onu düzgün istifadə etməyi öyrənin”.

Dekart

Yaddaş sarayı ( Mind Palace), Qədim Romadan indiyə kimi tətbiq edilən, müəyyən yaddaş xüsusiyyətlərini əldə etmək üçün istifadə olunan üsuldur. 8 qat Dünya Yaddaş Çempionu olan Dominik O’Brayen bu üsuldan istifadə edərək 2808 oyun kartını sıra ilə saymağı bacarmışdı. Hər hansı kitabı başdan sona əzbərləmək

üçün buna bənzəyən üsullardan istifadə olunur. Bunlar Qabaqcıl Səviyyəli Psixologiyada istifadə olunan metodlardandır. Şəxs şüurlu və ya şüursuz şəkildə öz Yaddaş Sarayına daxil olur, hətta hafizəsində uşaqlığına kimi qaytarılır və s.

Yaddaş Sarayına bənzər metodları istifadə edərək uğura imza atmış saysız nümunə mövcuddur. Ədəbiyyatda da bu mövzuya toxunulmuşdur. Tomas Harrisin "Hannibal" romanındakı qatı cinayətkar Hannibal Lekter xəstələr haqqındakı qeydləri ağlında tutmaq üçün illərin xatirələrini inanılmaz görüntülərlə birlikdə yaddaşında saxlamışdı.

Dominik O’Brayen ya da Hannibal Lekter qədər üstün uğurlara imza atmaq məcburiyyətində deyilsiniz. Amma əmin ola bilərsiniz ki, xarici dil öyrənərkən, imtahanlara hazırlaşarkən, təqdimat edərkən və daha bir çox zehni fəaliyyəti reallaşdırarkən son dərəcə effektiv metoddur.

Yaddaş Sarayı üsulu daha əvvəldən bildiyimiz yeri yaxşı xatıralaya bildiyimiz fikrinə əsaslanır. Yaddaş Sarayı evinizdəki hər hansı bir otaq, hər gün işə gedərkən istifadə etdiyiniz yol və s. ola bilər.

“Unutqanlıq zəif bir yaddaşın deyil, diqqətsiz yaddaşın göstəricisidir”.

Donald A.Lerd

Yaddaş Sarayını necə istifadə etməliyik?

1. Məkanı (Sarayını) seçin.

İlk öncə ən yaxşı bildiyiniz bir məkanı seçin.Bu məkanı yaxşı tanıyırsınızsa və vizual (görmə) yolu ilə onun içində rahat gəzəcəyinizə əminsinizsə, bu üsulun təsiri də çox olacaq deməkdir. Zehninizin gözlərinizlə rahatlıqla görə biləcəyi yer olmalıdır. Bu meyarlara görə ilk ağıla gələn yer evinizdir. Saxlamaq istədiyiniz məlumatlar çoxdursa, "evinizi" yaddaşınızda genişləndirə, ya da müxtəlif otaqlar əlavə edə bilərsiniz. Çünki hər məlumatl və xatirəni əşya və ya simvollarla əlaqələndirməli, ardıcıl sıra ilə düzməlisiniz.

Seçdiyiniz məkanın sadəcə ümumi görüntüsü deyil, müxtəlif bucaqlardan və perspektivlərdən görünüşünü, məkanı gəzdiyinizdə nələrlə qarşılaşdığınızı gözlərinizin qabağına gətirməlisiniz. Bu, metodunuzu gücləndirir və yaddaşınıza qəbul etdiyiniz məlumatları müəyyən sıra ilə xatırlamağınızı asanlaşdırır.

2. Fərqləndirici xüsusiyyətləri siyahıya alın.

İndi seçdiyiniz məkanın təyinedici xüsusiyyətlərini seçib diqqətinizi bunlara yönəldin. Məsələn, başlanğıcı küçədən evinizin içinə qədər uzanan yolu seçmisinizsə, böyük ehtimalla qarşınıza ilk olaraq evin qapısı çıxacaqdır. Davam edin və sıra ilə nələri gördüyünüzü araşdırın. İlk otaqda nələr var? Otağı metodlarla analiz edin, məsələn, soldan sağa doğru sıra ilə əşyaları gözdən keçirin. Diqqətinizi çəkən nələrsə var? Qonaq otağındakı orta ölçüdəki masa və ya divardaki hər hansı gözəl rəsm ola bilər. Bu proses ərzində zehni qeydlər tutun. Bunlar daha sonra sizə məlumat parçalarını saxlamaqda kömək edəcək "Yaddaş Otaqcıqlarıdır".

3. Məkanı zehninizə yerləşdirin.

Metodun 100% effektiv olması üçün məkanı bacardığınız qədər hər detayı ilə zehninizə yerləşdirməyə çalışın. Əgər vizual (görmə) bacarıqlarınız yetərincə inkişaf edibsə, bunda heç bir çətinlik çəkməyəcəyinizi söyləyə bilərik. Amma belə deyilsə, sizinçün bir neçə ipucumuz var:

Məkanı, detayları səsli şəkildə təkrarlayın. Vacib nöqtələri kağıza yazın və bu nöqtələri gözünüzün qabağında canlandırıb yüksək səslə söyləyin. Ağlınızda saxlamağa çalışdığınız detallara hər dəfə eyni bucaqdan baxın. Məkanı zehninizə yerləşdirdiyinizə əmin olduqda Yaddaş Sarayınız istifadəyə hazırdır.

4. Əlaqələndirin.

İndi bu "saray”dan istədiyiniz kimi faydalana bilərsiniz. Yaddaş Sarayı metodu vizual əlaqələndirmə yolu ilə istifadə edilir. Proses çox asandır. Məkandakı hansısa əşyanı seçin. Bu sizin "Yaddaş Mismarınız" olacaq. Bu əşyanı yaddaşınıza qəbul etmək istədiyiniz məlumatla əlaqələndirin. Hər "Yaddaş Mismarı" Yaddaş Sarayınızın fərqləndirici xüsusiyyətidir.

Vizual əlaqəndirmənin müxtəlif üsulları vardır; rəngləndir, çılğınlaşdır, qəribə-fövqaladə hala sal və s. Bu xüsusiyyətlərə sahib olan əşyalar daha tez xatırlanır. Yaddaş Sarayınızı real həyatda oxşarı olmayacaq qədər özünəməxsus və fərqli etməyə çalışın.

Məsələn, hansısa dostunuzun və ya istənilən yaxınınızın ad gününüzü xatırlamalısınız, tutaq ki, həmin gün 12 sentyabrdır. 12 sentyabr sizin küçənizin adı və ya qapı nömrəniz olsun. Sadəcə Yaddaş Sarayına daxil olanda deyil, real həyatda da evinizə daxil olanda, küçənizdən keçərkən bu məlumat ağlınıza gələcəkdir və zamanla istər-istəməz etiketlədiyiniz hər informasiya özünü sizə xatırladacaqdır.

5. Sarayınızı ziyarət edin.

Bu mərhələdə metoda öyrəşmək üçün Yaddaş Sarayınızda başdan sona kimi "gəzinti" edəcəksiniz. Əlbəttəki zehninizdə.

Sarayın əşyalarını sırası ilə gözünüzün önünə gətirdiyinizdə xatırlamaq istədiyiniz və bu əşyalarla əlaqələndirdiyiniz məlumatlarda eyni sıra ilə ağlınıza gələcəkdir. Son əşyaya çatdığınızda geri qayıdın və bu dəfə də xatırlamaq istədiklərinizi sondan başa doğru saymağa çalışın. Nə qədər çox təkrarlasanız, ustalaşmağınız və xatırlamağınız o qədər çox asan olacaqdır.

Bu üsul həyatınızın bir çox sahələrində sizə kömək edəcəkdir.

Aytac Asəfqızı

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA