“Zek” 21 yaşlı sevgilisini oteldə öldürdü - Fatmayıdakı QƏTLİN TƏFƏRRÜATI

“Zek” 21 yaşlı sevgilisini oteldə öldürdü - Fatmayıdakı QƏTLİN TƏFƏRRÜATI

Abşeron rayonunda oteldə sevgilisini öldürməkdə təqsirli bilinən 35 yaşlı Nəriman Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Hurriyyet.org Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə material araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 19-na təyin olunub.

İttihama görə, ötən il sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki “Oskar” otelində Ucar rayon sakini, 21 yaşlı Aysel Orucova bıçaqlanaraq öldürülüb.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, 21 yaşlı Aysel Orucovanın tanışı, 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.

Əvvəllər məhkum edilmiş Nəriman Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb.

Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar sentyabrın 23-də Fatmayıdakı yerdə görüşüblər.

Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə "Oskar" otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib.

Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.

Məlumata görə, hadisə baş verən günü Aysel Orucova Sabunçu rayonu Pirşağa qəsəbəsində yerləşən "Qala Klub" deyilən məkanda tanışı Nəriman Əliyevlə birgə əyləndikdən sonra "Oskar" adlı otelə gedib.

İstintaq orqanı tərəfindən Nəriman Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA