Zelenski parlamenti buraxmaq hüququndan məhrum edildi - Yeni qalmaqal

  • 2019-05-17 13:26:15
  • |
  • Dünya /

Zelenski parlamenti buraxmaq hüququndan məhrum edildi - Yeni qalmaqal

Ukrayna Ali Radasının sədri Andrey Parubiy parlament koalisiyasının fəaliyyətini dayandırdığını elan edib. Onun sözlərinə görə, bunun əsas səbəbi isə parlamentdə "Xalq Cəbhəsi” fraksiyasının koalisiyadan çıxma qərarı olub.

Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, "Xalq Cəbhəsi"nin koalisiyadan çəkilməsinə dair bəyanatı partiyanın lideri Maksim Burbak bildirib.

Deyib ki, Ukrayna siyasətində yeni şərtlər parlamentdə qüvvələrin maksimum birləşməsini tələb edir.

"Yeni prezident, yeni gündəm, yeni koalisiya... Artıq sözə ehtiyac yoxdur” - deyə, Burbak bildirib.

Diplomat yeni bir koalisiya üçün dərhal məsləhətləşmələrin başladılması üçün çağır edib.

Qeyd edək ki, koalisiya fəaliyyətinin dayandırılması avtomatik olaraq prezidentə Ali Radanın ləğvini qadağan edir.

Bununla da yeni prezident Zelenski yaxın 3 ay ərzində parlamenti buraxa bilməz.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA