Zəlzələ Şamaxını qazsız qoydu

Zəlzələ Şamaxını qazsız qoydu

Ötən gecə baş vermiş zəlzələ ilə bağlı Şamaxı şəhərində təbii qazın verilişi dayandırılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib. O bildirib ki, hazırda qazın verilişinin bərpası istiqamətində işlər aparılır:

"Şamaxıda baş vermiş zəlzələ ilə bağlı divarların uçması halları qeydə alınıb. Bu səbəbdən təhlükəsizlik baxımından şəhərdə təbii qazın verilişi gecə saat 00:35 radələrindən dayandırılıb. Səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır".

İ.Kərbəlayev qeyd edib ki, zəlzələ baş vermiş digər rayon və şəhərlərdə qazın verilişində heç bir problem olmayıb.

Qeyd edək ki, rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova isə bildirib ki, Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib.

İcra başçısının müavini bildirib ki, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir. Zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib, dağıntılar var. Amma xoşbəxtlikdən insan tələfatı olmayıb. Yaradılmış komissiya dağıntı olan və ziyan çəkən evlərin sayını müəyyənləşdirir.

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA