Zərifin Əsədin İran səfərindən sonra istefa verməsi SUALLAR DOĞURDU

  • 2019-02-26 12:54:26
  • |
  • Region /

Zərifin Əsədin İran səfərindən sonra istefa verməsi SUALLAR DOĞURDU

Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Suriya prezidenti Bəşər Əsədin Tehrana səfəri barəsində ona məlumat verilmədiyi üçün istefa verdiyi iddia edilir.

İranda fəaliyyət göstərən "Entexab" saytının verdiyi məlumata görə, Cavad Zərif sayt müxbirinin sualarına qısa mesajla verdiyi cavabda yazıb: “Bu gün keçirilən görüşdəki fotolardan sonra Cavad Zərif artıq xarici işlər naziri olaraq, etibarsızdır”.

İranlı Tələbələr İnformasiya Agentliyinin (ISNA) xəbərində də Zərifin mesajında Suriyadakı rejimin lideri Bəşər Əsədin dünən dünən İran prezidenti Əli Xamanei və prezident Həsən Ruhani ilə keçirdiyi görüşləri nəzərdə tutduğu irəli sürülüb.

Zərifin iştirak eləmədiyi görüşü əks etdirən fotolarda İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvəsinin komandanı Qasım Süleymaninin görünməsi diqqəti cəlb edib.

Zərif dünən rəsmi sosial media hesabından verdiyi açıqlamada vəzifəsinə davab etməyəcəyini bildirərək yazıb: “Əziz və cəsur İran milləti ilə dəyərli səlahiyyət sahiblərinə geridə qalan 47 ay boyunca göstərdikləri nəzakət üçün təşəkkür edirəm. Vəzifədə olduğum dövrdə yerinə yetirmədiyim xidmətlərə və qüsurlara görə, səmimiyyətlə üzr diləyirəm. Salamat qalın”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA