"60 il heç ayrılmayacağıq" deyə hədiyyə etmişdi

"60 il heç ayrılmayacağıq" deyə hədiyyə etmişdi

Rza Zərrabın 7 milyon avroluq yaxtası

Rza Zərrabın evli ikən “60 il heç ayrılmayacağıq” deyib müğənni Ebru Gündəşə hədiyyə elədiyi “60 Years” adlı 7 milyon avroluq yaxtanın il yarım bundan qabaq bir tərsanədə saxlanıldığı məlum olub.

Hurriyyet.org xəbər verir ki, yaxtanın Zərrabın adına sənədləşdirilmədiyi üçün onu müsadirə etmək mümkün olmadığı söylənilsə də, sonradan onun da müsadirə edilən mallar siyahısına salındığı bəlli olub.

İstanbul Baş Prokurorluğu bütün mal və mülkünün müsadirəsi haqda qərar verəndən bəri bütün nəzərlər Rza Zərrabın sahib olduğu evlər, villalar və mallara yönəlib.

Malta bayraqlı  7 milyon avro dəyərindəki “60 Years” adlanan yaxta sahibi həbs olunduqdan sonra dəniz üzü görməyib.

2012-ci ildə suya endirilən yaxta 2016-cı ilin may ayından bu yana texniki baxış üçün lövbər saldığı Bodrum tərsanəsində saxlanılır. Həmin gündən 54 metrlik yaxta dənizə açılmayib, işçi heyət isə buraxılıb.  

Yaxta Ebru Gündəşin, yaxud başqa adamın adında olarsa,  müsadirə edilə bilməz.

Yaxtanın ən böyük özəlliyi onun adındadır. Sabiq iş adamı müğənni ilə evlənərkən həyat yoldaşına dediyi “60 il heç ayrılmayacağıq” sözləri yaxtanın adında əbədiləşmişdi.

[Haber görseli]

Zərrab bu kəlmələri yaxta ilə yanaşı, döymə ilə sinəsinə və malikanələrinin qapısına da yazdırmışdı.

Sərrafın lüks motorlu yaxtasının adı kimi dizaynı da fərqlidir.

Onun göyərtəsindəki tavandan açılan televizor, fırlanıb bara çevrilən dolab, ellips-masa da yaxtanı fərqli edir.

Bir sözlə, motoru 2*650 gücdə olan  45 metr 72 sm uzunu, 8 metr 30 sm eni olan yaxtanın 4 kayutu var. 11 knot sürətli, 13.2 knot maksimum sürəti olan yaxtanın yelkən meydançası 1300 metrdir. İçərisində 3 təkərli motosikl parkı üçün xüsusi yer və cakuzi var. Eləcə də gəmi heyəti üçün də ayrıca 3 kayut düzəldilib.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...