Üzeyirdən döyülməsi xəbərinə REAKSİYA

Üzeyirdən döyülməsi xəbərinə REAKSİYA

Müğənni Üzeyir Mehdizadə Moskvada Rəqsanə İsmayılovanın restoranında köməkçisi ilə birlikdə döyülməsi xəbərinə açıqlama verib.

Hurriyyet.org-un məlumatına görə, ifaçı hadisənin qısa mübahisə olduğunu bildirib.

Üzeyir Meydizadə yeni fotosunu paylaşaraq hər şeyin qaydasında olduğunu qeyd edib:

“Sadəcə, yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub, o da dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içində də iki qardaş arasında söz-söhbət olur. Çox xahiş edirəm, gəlin, uğurlarımız haqda danışmağa üstünlik verək. Şairlə nə dava-dalaş? Səhər-səhər bir şəkil də paylaşdım ki, rahat olasınız”.

Qeyd edək ki, yerli mətbuatda ifaçının döyülməsi ilə bağlı xəbərlər yayılmışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA