“ZEYTUN BUDAĞI” ƏMƏLİYYATI - BİR ADDIM QALDI!

“ZEYTUN BUDAĞI” ƏMƏLİYYATI - BİR ADDIM QALDI!

Amara təpəsi ilə Mahmudiyyə kəndi də təmizləndi

Hurriyyet.org xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri və “Zeytun budağı” əməliyyatının gedişi zamanı Afrinin qərbində yerləşən Mahmudiyyə kəndi PYD/PKK terror təşkilatından təmizlənib. Amara təpəsi də yaraqlıların əlindən alınıb.

TSQ Afrində aparılan əməliyyat başlanandan bəri zərərsizləşdirilən terrorçuların sayının 1369-a çatdığını bildirib. Qeyd edək ki, dünən isə 103 nəfər terrorçu zərərsizləşdirilib.

Səhər saatlarında Baş Qərargah idarəsindən verilən açıqlamaya görə, “Zeytun budağı” çərçivəsində keçirilən hava əməliyyatı ilə PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatlarına məxsus sığıncaq, sursat anbarı və silah mövqeyi kimi istifadə edilən 15 hədəf məhv edilib.

Hurriyyet.org

Loading...

QALEREYA