Ziya Məmmədovun prorektor olan qardaşı: "Görüləcək xeyli işlər var, etimadı doğrultmalıyam"

  • 2019-05-13 18:59:33
  • |
  • Aktual /

Ziya Məmmədovun prorektor olan qardaşı: "Görüləcək xeyli işlər  var, etimadı doğrultmalıyam"

Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub.

Hurriyyet.org bildirir ki, AzEdu.az yeni təyinat alan və ictimai maraq kəsb edən prorektordan münasibət öyrənmək üçün onunla əlaqə saxlayıb.

Elton Məmmədov açıqlamasında bildirib ki, özü haqda danışmağa çətinlik çəksə də, bu təyinatı yüksək qiymətləndirir:

“Ölkə rəhbərinin xeyir-duası, Təhsil nazirinin yanaşması ilə baş tutan təyinatı yüksək dəyərləndirir və bunu böyük etimad kimi qiymətləndirirəm. Çalışacam ki, etimadı doğruldum. Bu istiqamətdə görüləcək xeyli işlər var. Bütün işləri ölkə rəhbərinin siyasətinə uyğun həyata keçirməyə hazıram”.

Qeyd edək ki, sabiq nazir Ziya Məmmədovun qardaşı olan Elton Məmmədov uzun müddətdir, Azərbaycan Texniki Universitetində çalışır. 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktorluğu dərəcəsini əldə edib.

Hazırda isə Avtomobil daşımaları və yol hərəkətlərinin təşkili kafedrasının professorudur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA