Zob xərçəngə nə vaxt çevrilir? - Əlamətləri

Zob xərçəngə nə vaxt çevrilir? - Əlamətləri

Qalxanabənzər vəzin xərçəngi 45-60 yaşlarında kişilərə nisbətən qadınlar arasında daha çox rast gəlinir.

Bu vəzin xərçəngi çox vaxt çox yavaş və əlamətsiz inkişaf edir.

Yaranma səbəbləri:

Qalxanabənzər vəzin xərçənginin yaranma səbəbləri dəqiq məlum deyil. Amma onkoloqlar onu aşağıdakı amillərin tətiklədiyini düşünürlər:

• Radioaktiv şüalanma və ya şüa terapiyası

• Genetik meyllilik

Nəzərə almaq lazımdır ki, qalxanabənzər vəzin xəstəlikləri və ya onun funksiyasının pozulması müxtəlif dərman preparatlarının qəbulundan, hormonal problemlərdən asılıdır. Bundan əlavə bu amillər həm də qalxanabənzər vəzdə bədxassəli törəmənin yaranma səbəblərindən də ola bilər.

Həmçinin də bu vəzdə olan bütün xoşxassəli törəmələr də dəqiqliklə yoxlanılaraq analiz edilməlidir.

Qalxanabəzər vəzin differensesiyalı xərçəngi ləng inkişafı və ümidverici proqnozu ilə fərqlənir. Bu siyahıya həmçinin də papilyar və fokllikulyar karsinoma xərçəng növlərini də aid etmək olar.

Papilyar karsinoma qalxanabənzər vəzin bir tərəfini əhatə edən ən çox yayılmış formasıdır. Nadir hallarda vəzin hər iki tərəfində əmələ gəlir.

Follikuyar karsinoma isə yayılmasına görə 2-ci yeri tutur. Daha çox yod çatışmazlığından əziyyət çəkən ərazilərdə yaşayan insanlarda müşahidə edilir.

Bir qayda olaraq çox az hallarda metastaz verir. Demək olar ki, pasiyentlərin əksəriyyəti xəstəlikdən müalicə olunur və sağalır.

Medullyar karsinoma qismən differensasiya etmiş qalxanabənzər vəz xərçənginə aid edilir. Əsasən 45 yaşdan yuxarı həm kişilər, həm də qadınlar arasında müşahidə edilir. Medulyar karsinoma üçün kalsitonin hormonunun və bəzi digər bioloji aktiv maddələrinin ifraz olunması ilə xarakterikdir. Bu zaman diareya kimi bir sıra ciddi əlamətlər meydana gəlir. Şiş sürətlə böyüyür və limfaya, sümüklərə, qan-damar sisteminə və hətta böyrəküstü vəzə metastaz verir.

Əlamətləri:

• Boğazda yığıntının olması

• Udqunma zamanı çətinlik

• Boğaz nahiyəsində ağrı

• Öskürək və səsin qısılması

• Təngənəfəslik

Müalicəsi:

Qalxanabənzər vəz xərçənginin əsas müalicə üsulu əməliyyat hesab edilir.

Orta ölçülü şiş xəstəliyi vəzin bütövlükdə çıxarılması tələb olunur.

Əgər xərçəng digər orqanlara və limfa düyünlərinə keçibsə o zaman həmin orqanların da çıxarılması lazımdır.

Bundan əlavə bu xərçəng növünü radioaktiv yodla, şüa terapiyası ilə müalicə edirlər. \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA