ZƏRRABIN ATASI DA İRANA QARŞI SANKSİYALARI POZUBMUŞ – mühakimə olunsa da, ona cərimə cəzası kəsən ABŞ-a bir qəpik də verməyib

ZƏRRABIN ATASI DA İRANA QARŞI SANKSİYALARI POZUBMUŞ – mühakimə olunsa da, ona cərimə cəzası kəsən ABŞ-a bir qəpik də verməyib

Hüseyn Zərrab da ABŞ prokuroru ilə əməkdaşlıq edib

Hurriiyyet.org xəbər verir ki, ABŞ-da əvvəlcə “müttəhim” olduğu məhkəmə prosesində prokurorluq ilə razılaşaraq “etirafçı şahid”ə çevrilən Rza Zərrabın atasının da eyni ittihamla ABŞ-da cəzalandırıldığı aşkara çıxıb. Üstəlik, ata Hüseyn Zərrab da ABŞ ilə bazarlıq edərək, ABŞ-ın İrana qarşı sanksiyanı pozduğuna görə ona kəsilən cəzanı təqribən 70 faiz yüngülləşdirməyi bacarıb.

Zərrabın atasının da ABŞ-da “sanksiya pozmaq” cəzası aldığı barəsində sənədi meydana çıxaran Yurter Özcan (CHP-nin ABŞ-dakı nümayəndəsi) “Sözçü” qəzetinə açıqlamada vəziyyəti belə izah edib: “2013-cü ildə Rza Zərrabın atası Hüseyn Zərraba ABŞ Xəzinə Nazirliyi tərəfindən verilən 9,1 milyon dollarlıq cəza Zərrabın atasının əməkdaşlığı və verdiyi əlavə məlumatlar sayəsində 2,2 milyon dollara endirilib. ABŞ tərəfi cəzanı 70 faiz yüngülləşdirilib”.

Özcan deyib: “Rza Zərrab həbs edilməzdən və “əməkdaşlıq edəcəkmi?” mübahisələri baş verməzdən illərlə əvvəl atası Hüseyn Zərrabın ABŞ ilə əməkdaşlıq eləməsi çox qəribədir. Rzanın atasının 75 faiz yüngülləşdirilən cəriməsinin ödənilmədiyi bu gün məhkəmədə bildirildi”.

Əməkdaşlıq edərək boynuna aldıqdan sonra cəzası 70 faiz yüngülləşdirilib

ABŞ Xəzinə Nazirliyinin ata Hüseyn Zərrab üçün hazırladığı rəsmi sənədə görə, H.Zərrab Dubaydakı Əl Nafees adlı valyuta məntəqəsinin vasitəsi ilə ABŞ-ın İrana qarşı sanksiyalarını pozub.

ABŞ bunu aşkara çıxarıb ona cəza verdikdən sonra ABŞ-ın vəzifəli şəxsləri ilə masa arxasına keçib, müdafiə və bazarlıqla məşğul olan Hüseyn Zərrab, cəzasını xeyli yüngülləşdirə bilib.

Atillanın vəkili sual verdi, Zərrab cavabında “Atam o cəzanı ödəmədi” dedi

Lakin Rza Zərrabın Nyu-Yorkdakı məhkəmədə verdiyi açıqlamalar, ABŞ Xəzinə Nazirliyi ilə sona qədər əməkdaşlıq edən Hüseyn Zərrabın ona kəsilən cəzanı ödəmədiyini də aşkara çıxarıb.

Mühakimə edilən Mehmet Hakan Atillanın vəkili Keti Fleminq Rza Zərraba atasına kəsilən cərimə cəzası ilə bağlı sual verib. Zərrab da cavabında deyib: “Atam o cəriməni heç vaxt ödəmədi”.

Hurriyyet.org

  • Hamısı
  • Loading...