» » Ekspert: "Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatı xüsusi əhəmiyyət kəsb edir"

Ekspert: "Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatı xüsusi əhəmiyyət kəsb edir"

Loading...
Ekspert: "Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatı xüsusi əhəmiyyət kəsb edir"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynamaq imkanına malik olması barədə bəyanatı bir neçə səbəbdən mühüm əhəmiyyət kəsb edir.
Hurriyyet.org Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Avrasiya Tədqiqatlar Mərkəzinin (AVIM) beynəlxalq münasibətlər üzrə eksperti Turqut Kərəm Tuncel deyib.
Ekspertin fikrincə, S.Lavrovun bu bəyanatı ilk öncə məhz Yerevana aiddir: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin münasibətinə Ermənistan mənfi yanaşır. S.Lavrovun isə məhz Yerevanda jurnalistlər qarşısında belə bəyanatla çıxış etməsi onu göstərir ki, Moskva və Yerevan "strateji tərəfdaş" adlansalar da, əslində Ermənistan bütünlüklə Rusiyadan asılıdır. Və Rusiyanı Yereavnın mövqeyi maraqlandırımır".
Ekspert bildirib ki, digər tərəfdən bu bəyanat Türkiyə üçün vacibdir: "Rusiya həmişə Türkiyəni Cənubi Qafqazda və Qara dənizdə siyasi rəqib görüb. Sonuncu bəyanat isə göstərir ki, Moskva və Ankara arasında münasibətlər dərinləşəcək. Artıq münasibətlərin bərpasından sonra Rusiya və Türkiyə vacib tərəfdaşdırlar".
Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda jurnalistlərə bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya bilər.скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA