» » Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti - ŞOK FOTOLAR

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti - ŞOK FOTOLAR

Loading...
Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLARSon illər Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı sürətlə artır.
Ən təhlükəlisi isə, ilbəil bu xəstəliyin cavanlaşmasıdır. Əgər əvvəlki illərdə ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, hazırda bu rəqəm xeyli aşağı düşüb.
Amma bu xəstəlikdən əziyyət çəkən insanların ümid edib üz tutduqları səhiyyə ocağı-Elmi-Tədqiqat Kardiologiya İnstitutunun acınacaqlı vəziyyətini görəndə adamın həqiqətən ürəyi ağrayır. Uçulub-dağılan divar və tavanlar, yemək otağının aqibəti, bir sözlə, institutun bu günkü şəraitinə baxmağa sağlam ürək lazımdır.
Bu ağır şərait isə orada işləyən kollektivi deyil, xəstələri narahat edir.
Məsələ ilə əlaqədar Kardiologiya İnstitutu ilə əlaqə saxlasaq da, direktorla danışmaq cəhdimiz boşa çıxdı.
Hurriyyet.org bildirir ki, tibbi ekspert, professor Aqil Qeybulla AzNews.az-a açıqlamasında Kardiologiya İnstitutunun vəziyyəti ilə bağlı danışmaq istəməsə də ürək xəstəliklərinin yaranmasının ən başlıca səbəbini gündəlik həyat tərzi ilə əlaqələndirib:
“Birinci növbədə az hərəkətsizlik, həddindən artıq yağlı yeməklərə, xolesterinli qidaların qəbulu və maddələr mübadiləsi pozulması ürək xəstəliklərinin bünövrəsini qoyur. Hazırda respublikada bu xəstəlik geniş yayılıb. İnsanlarımız az hərəkət edir və çox yeyir, nəticədə mübadilə pozulur, həddən artıq piylənmə yaranır. Əhalinin 100 nəfərini müayinə etsək, onun 90%-i artıq çəkidən əziyyət çəkir. Bu da orqanizm üçün əlavə yükdür və eyni zamanda damarların tıxanması ilə nəticələnir. Ürək damarlarının tıxaclanmağı xeyli gəncləşib.”
Aqil Qeybulla urək xəstəliyinin 40 yaşlı kişilər arasında daha geniş yayıldığını vurğulayıb: “Hazırda 100 nəfərindən 10 nəfəri ürək xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə tutulmamaq üçün insanlar ilk növbədə həyat tərzini dəyişməlidir. Bundan əlavə, siqaret, tütün məmulatlarından istifadə kimi zərərli vərdişlərdən və tənbəllikdən çəkinmək lazımdır.”

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLAR

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLAR

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLAR

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLAR

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLAR

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLAR

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLAR

Kardiologiya İnstitutunun acınacaqlı vəziyyəti -  ŞOK FOTOLAR
скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA