» » PREZİDENTDƏN LAVROVA CAVAB – “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir”

PREZİDENTDƏN LAVROVA CAVAB – “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir”

Loading...
PREZİDENTDƏN LAVROVA CAVAB –  “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir”
“Keçən ilin dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi. Çünki aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat törətməyə cəhd etmişdi. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular”.
Hurriyyet.org
“Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ordusu erməni silahlı qüvvələrinə elə zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər: “Aprel hadisələrindən sonra nəinki Ermənistan ordusu, hətta Ermənistan dövləti belə sirkələndi, generallar rütbələrini, vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində panika, təşviş hökm sürürdü, bu gün də bu davam edir”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır: “Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar. Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, çox çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – Ermənistan həmin təşkilatın üzvüdür – bu məsələ ilə bağlı öz mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq öz torpağımızı biz heç kimə verən deyilik. Aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.
Qeyd edək ki, prezidentin bu açıqlaması Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab kimi də qəbul edilə bilər. Belə ki, Sergey Lavrov yanvarın 17-də Moskvada mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını bildirmişdi: “Dağlıq Qarabağ münaqişəsi mücərrəd bir məsələ və sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. İşğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi tələbi hər zaman qüvvədə qalır”.скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA