» » Azərbaycanda "Honq Konq" virusuna yoluxanların sayı açıqlandı

Azərbaycanda "Honq Konq" virusuna yoluxanların sayı açıqlandı

Loading...

Ötən il Azərbaycanda "Honq Konq" virusuna yoluxanların sayı açıqlanıb.

Hurriyyet.org xəbər verir ki, V. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, Azərbaycanda bu virusla bağlı 5 hal təsdiqlənib. Həmin xəstələr institutun xüsusi şöbəsinə daxil olub: "Orada həmin xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərilib. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində onların "Honkonq" virusuna yoluxduğu təsdiqlənib. Lakin bu virus epidemiya halına keçmədiyindən sıçrayış baş vermədi. Virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem yaratmadı".
 
H. Qədirova əlavə edib ki, bütün dünyada ən çox xəstələnmə qrip və kəskin respirator virus infeksiyaları ilə bağlıdır. Onun sözlərinə görə, zamanla qrip infeksiyaları arasında mutasiya nəticəsində yeni qrip virusları - ştamplar yaranır: "Keçən ilin də yeni qrip virusu "Honq Konq" idi. Ancaq bir məqamı bilmək lazımdır ki, hər bir asqırma və ya öskürmə qrip demək deyil. Burada Adena, respirator virus və digər hallar ola bilər"./apa/

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA