» » Nazirlik əlillərə MÜRACİƏT ETDİ

Nazirlik əlillərə MÜRACİƏT ETDİ

Loading...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edib.

Hurriyyet.org xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev APA-ya bildirib ki, Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə əsasən, 1 yanvar 2016-cı il tarixinədək əlilliyi müəyyən edilmiş və həmin vaxtadək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 il müddətinə uzadılıb. Həmçinin qeyd olunan vaxtadək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən müddətsiz olaraq müəyyən edilib.
Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və 1 yanvar 2016-cı il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən (18 yaşından yuxarı olmamaqla) üç il müddətinə uzadılıb.
2016-cı ilin 1 yanvarından etibarən 18 yaşına çatmamış şəxslərin Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu 3 il müddətinə, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə, birinci dərəcə əlillik isə müddətsiz müəyyən edilir.
"Bu islahat tədbiri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq məlumatlandırma işlərinin aparılmasına baxmayaraq, bir sıra hallarda əlilliyi olan şəxslərin məlumatsızlıq səbəbindən yenə də, əvvəlki illərdə olduğu kimi, əlilliklərinin hər il təkrar müayinəsinin aparılmasından ötrü səhiyyə müəssisələrinə müraciət edərək göndəriş (forma 88) almaq istəmələri barədə nazirliyə məlumatlar daxil olur. Ona görə də bir daha əlilliyi olan şəxslərin diqqətinə çatdırırıq ki, həmin vətəndaşların hər il təkrar müayinə üçün göndəriş (forma 88) alınması məqsədilə müraciət etmələrinə heç bir lüzum yoxdur. Əlilliyin hər il təkrar müayinəsi aparılmır və qanunvericilikdə nəzərə tutulmuş əlillik müddəti başa çatana qədər təkrar əlillik müayinəsi üçün onlara hər hansı müraciət edilməsi də əsassızdır", - deyə qurum rəsmisi bildirib.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA