» » Sərdar Cəlaloğlu: “Pənah Hüseyn vahid namizəd təklifini ortaya atmaqla həmişəki kimi tələsib”

Sərdar Cəlaloğlu: “Pənah Hüseyn vahid namizəd təklifini ortaya atmaqla həmişəki kimi tələsib”

Loading...

“Vahid namizədin indidən müəyyənləşdirilməsi bu gün müxalifətin edə biləcəyi, xalqa və özünə verə biləcəyi yeganə xeyir ola bilər”.

Hurriyyet.org bildirir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu sabiq baş nazir Pənah Hüseynin “vahid namizədlə bağlı müzakirələr başlanmalıdır” fikrini musavat.com-a şərh edərkən deyib.

Onun sözlərinə görə, Pənah Hüseyn əslində müxalifətin Funksional Əməkdaşlıq Mərkəzində təxminən üç ay müzakirə edilən məsələdən danışıb: “O vaxt biz bu barədə mediaya açıqlama vermədik. Hesab etdik ki, ortalığa ciddi nəticə qoymaq üçün əlavə fikir mübadiləsi aparaq. İndi görünür, Pənah bəy, həmişəki kimi, tələsib və hesab edib ki, vahid namizəd məsələsi barədə açıqlama və təklif verməyin vaxtı çatıb. Ona görə də vaxtilə müzakirə edib qərarlaşdırdığımız məsələni ictimaiyyətə açıb".

Sərdar Cəlaloğlu bildirib ki, vahid namizəd ideyasının əleyhinə çıxan müəyyən qüvvələr olacaq: “Siyasət reallıq elmidir. Burada indi kimsə namizədlik iddiasını da qoya bilər. Amma situasiya elə şərtlər diktə edə bilər ki, sən istəməsən də ona tabe ola bilərsən. Məsələn, 2003-cü ildə prezidentliyə çoxlu iddialılar var idi, lakin situasiya diktə edəndə əksəriyyət İsa Qəmbərin namizədliyini müdafiə etdi. Milli Şura 2013-cü ildə öncə Rüstəm İbrahimbəyovun üzərində dayanmışdı, sonra vəziyyət elə gətirdi ki, Cəmil Həsənlinin namizədliyini müdafiə etdilər. İndi də bu gün çox iddialılar ola bilər, ancaq seçkiyə az qalanda kimin üzərində dayanılmasını vəziyyət diktə edəcək”.

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA