» » Xərçəng haqda doğru bildiyimiz yanlışlar

Xərçəng haqda doğru bildiyimiz yanlışlar

Loading...

Abdi İbrahim Medikal Tibb Mərkəzinin rəhbərliyi xərçənglə bağlı doğru bildiyimiz bir çox yanlışları açıqlayıb.

Rəhbərlik dünyanın ölüm səbəbləri arasında ilk olan xərçəng xəstəliyi haqda bildiyimiz bəzi yanlışları düzəltməyin vacib olduğunu bildirib.

Onların fikrincə, sağlıqsız bəslənmə, siqaret çəkmək və çirkli hava kimi fərqli səbəblər üzündən xərçəngin artma riski hər keçən gün artır.

Bununla yanaşı xəstələrin yanlış bilgilərı üzündən müalicəyə yubanması da xərçəngin artmasına rəvac verir. Çünki hər erkənqoyulan diaqnoz xəstələrin cərrahi müdaxilə ilə xilasına yardımçı olur.

Beləliklə yanlış bidiyimiz doğrular bunlardır:  

“Xərçəngin əlaməti və tanıtımı yoxdur” ifadəsi.  Xərçəng  xəstəliyinin hər bir növünün ilk mərhələsində öz əlaməti var.

“Bədəndəki şişlərin biopsiya olunması xərçəngin yayılmasına səbəb olur” fikri də yanlışlardandır. Halbuki, biopsiyanın xəstə hüceyrələrin yayılmasına səbəb olduğunu təsdiq edən heç bir sübut yoxdur.

Daha bir yanlışsa “nə eləyirsən elə, xərçəng olacaqsansa, olacaqsan” deyimidir. Əslində xərçəngin bütün növlərinin ən azı yarısı önlənə bilir və ya tamamilə aradan qaldırılır. Yalnız siqaret çəkmək bütün xərçəng növlərinin 30 faizinə rəvac verir.

“Xərçəng irsidir, yaxınlarından bu xəstəliyə tutulan yoxdursa, səndə də olmaz” tövsiyəsi də insanları yanlış səmtə yönəldir. Sadəcə yüz nəfərdən 5-10-da bu xəstəliyin irsi olduğu ortaya çıxıb.

“Xərçəng keçicidir” fikri də bu qəbildəndir. Halbuki bu xəstəliyin heç bir növü keçici deyil. Sadəcə, bəzi viruslar xərçəngə gətirib çıxara bilir.

“Xərçəngsən, sən şəkər yeyə bilməzsən” fikri də böyük səhvdir. Çünki şirniyyata meylliliyin  xərçəng hüceyrələrinin artıb azalmasına aidiyyatı olduğunu isbat edən dəlil yoxdur. Normal hüceyrə kimi xəstə hüceyrənin böyümə və funksionallığı üçün şəkərə ehtiyacı var.

Hurriyyet.org

  

скачать dle 11.3

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите два слова, показанных на изображении:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ





«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
QALEREYA